Cəmiyyət

“iPhone” almağın 5 üsulundan yalnız 1-i təhlükəsizdir – FOTO

Yeni “iPhone” smartfonlarını müxtəlif yerlərdən və müxtəlif üsullarla əldə etmək mümkündür. Gəlin ən populyar variantları nəzərdən keçirək və onlardan hansıların təhlükəsiz, hansıların isə sadəcə pul itkisi ola biləcəyini nəzərdən keçirək. Elan əsasında ayrı-ayrı şəxslərdən alış İnternetdə həm istifadə edilmiş, həm də yeni “iPhone” smartfonlarının satışı ilə bağlı yüzlərlə elana rast gələ bilərsiniz. Qiyməti münasib olsa […]

Kriminal

İrandan qanunsuz yolla ölkəmizə narkotik göndərən kanallardan birinə ağır zərbə – ƏMƏLİYYATIN VİDEOSU

İrandan birbaşa olaraq milli genefondumuzun məhv edilməsi məqsədi ilə göndərilən külli miqdarda narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı növbəti dəfə Daxili İşlər Nazirliyi tərəfindən qətiyyətlə alınıb. Daxili İşlər Nazirliyin Mətbuat Xidmətindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qaradağ rayonu ərazisində həyata keçirdikləri tədbir nəticəsində paytaxt sakinləri Rövşən […]

Hadisə

Sumqayıtda avtomobil 73 yaşlı kişini vuraraq öldürüb

Sumqayıtda avtomobil 73 yaşlı kişini vuraraq öldürüb. APA xəbər verir ki, hadisə 17-ci mikrorayon ərazisində qeydə alınıb. Aydın Mirzəzadə idarə etdiyi KIA markalı avtomobillə yolu keçən, 1950-ci il təvəllüdlü Eldar Məmmədzadəni vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı cinayət işi başlayıb. 0 0

Cəmiyyət

“AzInTelecom” və “Cyberpoint” kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcəklər – FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC və kibertəhlükəsizlik sahəsində aparıcı şirkətlərdən biri olan “Cyberpoint” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.  Memorandumu “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov və “Cyberpoint” MMC-nin direktoru Fuad Niftəliyev imzalayıb. Şirkət rəhbərləri memorandum əsasında kibertəhlükəsizlik sahəsində işgüzar münasibətlərin qurulmasını, birgə layihələrin həyata keçirilməsini, səmərəli məlumat mübadiləsinin təşkil olunmasını razılaşdırıblar. Tərəflər elmi-texniki […]

İdman

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi”nin qonağı olacaq – AFİŞA

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq. Oxu.Az xəbər verir ki, bağlanış matçında “Neftçi” və “Qarabağ” münasibətlərinə aydınlıq gətirəcəklər. “Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq. Azərbaycan derbisi öncəsi Ağdam klubu 78 xalla turnir cədvəlinə başçılıq edir. 61 xalı olan “ağ-qaralar” isə 3-cü pillədə qərarlaşıblar. Azərbaycan Premyer Liqası XXXII tur 2 may 20:00. “Neftçi” […]

Cəmiyyət

Azərbaycanda magistral su kəmərində növbəti qəza – YENİLƏNİB

“Sözügdən Kür-Bakı magistral su kəməri sovet dövründə çəkilib. Artıq ikinci dəfədir həmin kəmərdə qəza baş verib”. Bu sözləri “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında deyib.  O bildirib ki, hadisə bu gün səhər saat 5-6 radələrində qeydə alınıb: “Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza olub. Qurumun qəza xidmətinin əməkdaşları artıq […]

Cəmiyyət

Gürcüstana məxsus yük vaqonu Bakıda aşdı

Bu gün saat 05:30 radələrində “Əhmədli” stansiyasında manevr işləri aparılarkən 1 yük vaqonu relsdən çıxıb. Bu barədə Oxu.Az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində vaqondan yük axını baş verib: “Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir […]

Cəmiyyət

Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimov vəzifəsindən azad edilib. “Report”un məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Bəhruz Əzimovun yerinə isə Cəlal Mehdiyev təyin olunub. Cəlal Mehdiyev dünən kollektivə təqdim edilib. 0 0

Cəmiyyət

“Formula-1”ə görə bağlanan yollar açıldı

Bu gündən etibarən “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan küçə və prospektlərdə hərəkət bərpa edilib. Oxu.Az xəbər verir ki, Bakı Şəhər Halqasının əhatə etdiyi yollarda nəqliyyatın hərəkətinə qoyulan qadağa aradan qaldırılıb. Xatırladaq ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisinə görə bəzi yollarda aprelin 24-dən nəqliyyatın hərəkətinə müəyyən məhdudiyyətlər qoyulmuşdu.  0 0