Rusiyada dəmir yolunda partlayış: Yanğın başlayıb – FOTO
Rusiyanın Bryansk vilayətində dəmir yolunun partladılması nəticəsində neft məhsulları olan qatar relsdən çıxıb. Bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz xəbər verib. Onun sözlərinə görə, Bryansk-Uneça dəmir yolunun 136-cı km-də mənşəyi məlum olmayan partlayıcı qurğu işə düşüb. Bəzi media orqanlarında qatarda həmçinin taxta-şalban yüklərinin olduğu bildirilir. Ümumilikdə qatar 60 vaqondan ibarət olub, lokomotivlə birlikdə yeddi-səkkiz vaqon […]