Cəmiyyət

İcbari tibbi sığorta ilə bağlı bir neçə müəssisədə nöqsanlar aşkarlandı – YOXLAMA

Bu ilin dörd ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 12 tibb müəssisəsini monitorinqlərə cəlb edib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, monitorinqlər Bakı şəhəri üzrə Xətai və Lökbatan tibb mərkəzlərində, Binəqədi rayonu ərazisindəki 10, 15, 35 saylı şəhər poliklinikalarında, Səbail rayonunun 33 saylı şəhər poliklinikasında, habelə Abşeron […]

Hadisə

“Prava”sız sürücü qəza törətdi – 11 yaşlı oğlan öldü

Sabirabadda qəza olub. “Unikal”ın məlumatına görə, Sabirabad şəhər sakini 1952-ci il təvəllüdlü Ələkbərov Feyruz Ayaz oğlu 28.04.2023-cü il tarixdə saat 16:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Mercedes” markalı avtomobil ilə şəhərin Muğan prospektində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Sabirabad rayonu Qalaqayın kənd sakini 2012-ci il təvəllüdlü Qasımlı Rəvan Pərviz oğlunu […]

Cəmiyyət

“Azəriqaz”ın sabiq idarə rəisi yenidən hakim qarşısına çıxır

Səhlənkarlıqda təqsirləndirilən “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışmış Azər Xəlilovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyevin sədrliyi ilə araşdırılacaq. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Azər Xəlilova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası […]

Kriminal

Şəmkirdə qadın narkotikə görə saxlanıldı

Şəmkirdə qadın narkotikə görə tutulub. “Unikal”ın məlumatına görə, Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsi tərəfindən Məmmədova Aygün Haqverdi qızının barəsində toplanmış material üzrə cinayətin izlərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi məqsədi ilə təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb. İstintaq aidiyyəti üzrə Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinə göndərilib.   İstintaqla […]

Siyasət

Ərdoğan: “İlham Əliyevlə birlikdə 1000 binanın bünövrəsini qoyduq”

“Biz həmişə dünyanın yanında olduq. Fəlakət zamanı da dünya ölkələri bizi tək qoymadı”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Onun sözlərinə görə, ölkədə baş verən dağıdıcı zəlzələlərdən sonra dünyanın hər yerindən axtarış-xilasetmə qrupları gəldi. “Azərbaycan da gəlib dedi ki, biz min ev tikmək istəyirik. İlham Əliyevlə birlikdə onların bünövrəsini qoyduq”, – deyə o vurğulayıb. Dövlət […]

Kriminal

Bakıda moped sürən 21 yaşlı qız faciəli şəkildə ÖLDÜ

26.04.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi 2 ünvanın qarşısında naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb. “Unikal”ın məlumatına görə, o, 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilməsi faktına görə 29.04.2023-cü il tarixdə RPİ-də Azərbaycan […]

Hadisə

Sürücü “Mercedes ML”i aşırdı – Sərnişin öldü

30.04.2023-cü il tarixdə, saat 17:00 radələrində 1981-ci il təvəllüdlü Ağayev Adəm Mətləb oğlu idarə etdiyi “Mercedes ML350” markalı avtomobillə Ağsu-Kürdəmir-İmişli magistral yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində İmişli şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolun hərəkət istiqamətinin sağ tərəfinə aşıb “Unikal”ın məlumatına görə, nəticədə avtomobildə olan 1967-ci il təvəllüdlü Qasımov Bayram Məmmədağa […]

Cəmiyyət

Tərtərin üç kəndini su basıb: FHN-dən əhaliyə MÜRACİƏT – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyi respublika ərazisində güclü yağış yağması və dolu düşməsi ilə bağlı məlumat yayıb. FHN-dən bildirilib ki, ötən gün respublikamızın bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub. Belə ki, Nazirliyin “112” qaynar telefon xəttinə Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlərin və həyətyanı […]