SOCAR 2023-cü ilin 1-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Dünya iqtisadiyyatının sürətli transformasiyası və enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin 1-ci rübünü uğurla başa vurmağa nail olub. Müvəffəqiyyəti şərtləndirən amillər sırasında maliyyə və biznes dayanıqlılığının gücləndirilməsi, əməliyyat effektivliyinin artırılması, rəqəmsal enerji texnologiyalarının tətbiqi, habelə əməyin təhlükəsizliyinin gücləndirilməsi xüsusi yer tutub. Səmərəli fəaliyyət istehsalat göstəricilərinə də öz […]