Cəmiyyət

Səkkiz uşaq, bir ana köməksiz vəziyyətdə: “Qaynı gecələr içir, gəlib evdən çıxarır” – FOTO

Cəlilabad rayonunun Uzuntəpə kəndində səkkiz uşaq və bir ana çətin vəziyyətdə yaşayırlar. Bu barədə Oxu.Az-a qonşu kənddə (Göytəpədə) yaşayan Nuridə Şəbiyeva məlumat verib. Onun sözlərinə görə, ailə başçısı Xəyalə Ağayevanın imkansızlıqdan heç telefonu da yoxdur: “Onlar çətin vəziyyətdə yaşayırlar. Yardım toplamağa çalışırıq. Hazırda qaynının köhnə evində müvəqqəti olaraq qalırlar. Ev də şəraitsizdir. Qaynıgil ev köhnə olduğu üçün qalmırlar. Qaynı […]

İdman

Məşhur pilotlar Bakıda azarkeşlərlə görüşüblər – FOTOREPORTAJ

“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Ferrari” pilotları Şarl Lekler və Karlos Sayns Azərbaycan Qran-prisi ərəfəsində fanatları ilə görüşüblər. “Report”un məlumatına görə, sürücülərlə azarkeş zonasındakı görüşdə yüzlərlə tərəfdar iştirak edib. Məşhur idmançılar bu görüşün onlar üçün xoş olduğunu söyləyiblər. Pilotlar daha sonra azarkeşlərə avtoqraf veriblər. Qeyd edək ki, bu gün “Formula-1”də sprint yarışı təşkil olunacaq. […]

Cəmiyyət

Siyəzəndə əməliyyatlar zamanı səkkiz nəfər saxlanılıb – FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, saxlanılması və satışı ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri – Rasim Abasov, Elçin Əliyev və Elvira Qafarova saxlanılıblar. Həmin şəxslərin […]

İdman

Azərbaycan Premyer Liqasında 32-ci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start veriləcək. Qaynarinfo-nun məlumatına görə turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə “Sumqayıt” Qəbələdə “Kəpəz”in qonağı olacaq. İki komanda indiyədək ölkə çempionatında 23 dəfə üz-üzə gəlib. Bunların 6-da “Kəpəz”, 9-da “Sumqayıt”ın qələbəyə sevinib. Top fərqində sumqayıtlıların üstünlüyü nəzərə çarpır – 30:24. Samir Abasovun komandası son iki […]

İqtisadiyyat

“Pomidor-xiyarın qiymətini xeyli aşağı salmaq mümkündür, lakin…” – Ekspert

“Hazırda Azərbaycanda pomidorun qiyməti kəskin bahadır”.  Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov pomidorun qiymətindən danışarkən deyib. O bildirib ki, buna səbəb bazardakı qiyməti monopolistlərin diqtə etməsidir: “Xiyarın qiymətinin nisbi aşağı düşməsi bizi aldatmasın. Digər ölkələrdə bizim manatla xiyar 35-40 qəpikdir. Amma bizdə hələ xiyarın kilosu bir manatdan aşağı düşməyib. Türkiyədə pomidorun qiyməti Azərbaycan pulu […]

Cəmiyyət

3 nəfərin öldüyü mina partlayışı bu ərazidə baş verib – FOTOLAR

Xəbər verildiyi kimi aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində 3 nəfər həlak olmuşdu. “Unikal” xəbər verir ki, partlayış baş verən ərazidən görüntülər yayılıb. Partlayış zamanı partlayış nəticəsində “RPS Energy Ltd.” şirkətinin əməkdaşları – 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həlak olub. Qeyd […]

Cəmiyyət

Bakıda dumanlı hava müşahidə olunur

Bakıda dumanlı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən “Unikal”a verilən məlumata görə, bu gün səhər saatlarında sinoptik şərait dumanın yaranması üçün əlverişli olmuşdu. Hava kütlələrinin zəif və mülayim cənub-şərq axınları rütubətliyin yüksəlməsi, eyni zamanda yaranmış inversiya qatı dumanın yaranmasına səbəb olub. Belə ki, yerə yaxın təbəqədə temperaturun atmosferin yuxarı təbəqələrinə nisbətən aşağı enməsi, inversiya qatını […]

Cəmiyyət

Taleh Qaraşov Vətən müharibəsi qazisinin toyunda iştirak etdi – FOTOLAR

Aprelin 28-də Lənkəran rayonundan olan daha bir Vətən müharibəsi əlili ailə həyatı qurub. “Unikal” xəbər verir ki, Ürgə kənd sakini II qrup Vətən müharibəsi əlili İbadlı Rövşən Nəhmət oğlunun toy şənliyində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və icra hakimiyyəti aparatının kollektivi də iştirak edib. İcra başçısı yeni ailə quran cütlüyə xoşbəxtlik, ailə səadəti arzu […]

Hadisə

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb. Bu barədə “Unikal”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 28-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib. Qeyd olunub ki, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. 0 0