İdman

“Formula 1: Bu gün sprint yarışları təşkil olunacaq

Bu gün Azərbaycan Qran-prisində növbəti yarışlar keçiriləcək. Qaynarinfo xəbər verir ki, həm “Formula 1”, həm də “Formula 2″də sprint təşkil olunacaq. Azərbaycan Qran-prisində ikinci günün proqramı 12:30. “Formula 1” Sprint Shootout (təsnifat) 15:00. “Formula 2″də əsas sprint yarışı 17:30. “Formula 1″də əsas sprint yarışı Qeyd edək ki, ötən gün “Formula 1″də “Red Bull” pilotu Maks […]

Dünya

Marsda əkiləcək ilk Yer bitkisi məlum oldu: geni dəyişdirildi, sınaq aparıldı – Elm

Arkanzas Universitetindən 54-cü Ay və Planet Elmi Konfransında Amerika alimlərindən ibarət fənlərarası qrupun verdiyi hesabata görə, geni dəyişdirilmiş düyü Qırmızı Planetin səthində Yerdən gələn ilk bitki olacaq.  Qaynarinfo xəbər verir ki, bu barədə “Gismeteo” məlumat yayıb. Alimlər yerdəki bitkilər üçün zəhərli duzlar olan perkloratların çoxluğuna görə Marsdakı reqolitin Yerdən gələn həyat formaları üçün yararsız olduğunu vurğulayıb […]

Kriminal

Su anbarında qanunsuz ov edən şəxs saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan “Unikal”a verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Şəmkir Su Anbarının ərazisində quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan […]

Hadisə

Samuxda minik maşını körpüyə çırpıldı – Sürücü öldü

Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib. “Unikal”ın məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21074” maraklı minik maşını körpüyə çırpılıb. Qəza zamanı sürücü 1998-ci il təvəllüdlü Setdam Mirzəyev xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı araşdırma aparılır. 0 0

Mədəniyyət

“Dirilən adamın düşüncələri” – Fazil Mustafanın YENİ KİTABI

“Artıq yeni kitabımı “Qanun” nəşriyyatına təqdim etdim”.  Bu barədə millət vəkili Fazil Mustafa özünün Feysbuk hesabında yazıb. O qeyd edib:  “Düşüncələrin yenidən çək- çevir edilməsinə yardım edəcək bu kitabın şərti adı “Dirilən adamın düşüncələri” olacaq. Xəstəxanada və evdə müalicə prosesində işləyib tamamladım. Rəmzi mənada yenidən aktiv siyasətə kitabla başlamağı düşünürəm. Kitabsız vətənpərvərlərin, kitabsız dinçilərin cövlan etdiyi, söz […]

Dünya

Pakistanda silahlı hücum – 3 hərbçi öldürüldü

Pakistanın Hayber Paxtunxva vilayətində silahlılar hərbçilərə hücum edib. “Unikal” xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb. Qarşıdurmada 3 əsgər həyatını itirib, 7 yaraqlı zərərsizləşdirilib. Təhlükəsizlik qüvvələri qarşıdurma nəticəsində öldürülən 7 silahlının silah və sursatını müsadirə edib. 0 0

Cəmiyyət

Havanın temperaturu enəcək, yüksək dağlıq ərazilərə qar yağacaq

Aprelin 30-u axşamdan mayın 2-səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, mayın 1-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 4-ü gündüzədək hava […]

Müharibə

Tərtərdə mina partladı: Üç nəfər həlak oldu – YENİLƏNİB + FOTO/VİDEO

Tərtər rayonunda mina hadisəsi baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə, 2023-cü il 28 aprel tarixində Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Tank əleyhinə minanın partlayışı nəticəsində “RPS Energy” Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman […]

Siyasət

Fransa səfirindən minada ölənlərlə bağlı PAYLAŞIM

Fransanın Azərbaycandakı Səfirliyi Tərtərdə mülki şəxslərin ölümü ilə nəticələnən mina partlayışı ilə bağlı bəyanat yayıb. “Unikal” xəbər verir ki, bu barədə səfir An Bualon tviterdə bildirib. “Tərtərdə minanın partlaması nəticəsində 3 mülki şəxsin həlak olduğunu böyük kədərlə öyrəndim. Mərhumun ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fransa Azərbaycanda humanitar minaların təmizlənməsinə dəstəyini davam etdirir” – diplomat […]