İdman

Azərbaycan kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib. “Report”un məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən 37 yaşlı idmançı Türkiyənin İstanbul şəhərində təşkil olunan “Akın Fight Arena” turnirində qüvvəsini sınayıb. ABŞ təmsilçisi Omar Moreno ilə qarşılaşan Abdullayev rəqibinə qalib gələrək öz çəkisində çempionluq kubokuna sahib çıxıb. Görüşdən sonra təəssüratlarını bölüşən kikboksçu […]

Dünya

“Berlin Kiyevə 80-ə qədər Leopard 1 tankı təhvil verməyi planlaşdırır” – Müdafiə Nazirliyi

“Berlin 80-ə qədər “Leopard 1” tankını Kiyevə təhvil verməyi planlaşdırır”. “Unikal” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “La Vanguardia” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, tədarüklər yaya yaxın başlayacaq. O, həmçinin bu texnika üzrə Ukrayna ordusunun işə başladığını elan edib. Nazir əlavə edib ki, Hollandiya və Danimarka da tədarüklər elan edib. 0 0

Siyasət

Ordumuz bütün Qarabağa nəzarəti bərpa edir – VİDEO

Baku TV-də yayımlanan “Baku Analitik” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin bu dəfəki sayında Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların keçirdikləri etiraz aksiyasının bu gün saat 18:00-dan etibarən müvəqqəti dayandırılması mövzusu müzakirə edilib. Verilişinin qonaqları hərbi ekspert Azər Bayramov və politoloq Anar Əliyevdir. Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər Laçın-Xankəndi yoluna nəzarəti […]

Dünya

“Hazırda Sudanda münaqişələr davam edir” – BMT

“Sudanda atəşkəsə əməl olunmaması həmin ölkənin xalqı üçün dağıdıcı və faciəlidir”. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlaması zamanı bildirib. “Sudan xalqının yanında olmağa davam edirik. Əlbəttə ki, ilk addım atəşkəsdir. Bizdə olan məlumata görə, hazırda münaqişələr davam edir və bu, təbii olaraq humanitar yardım […]

Cəmiyyət

Nüşabə Ələsgərli dosent oldu

Əməkdar artist Nüşabə Ələsgərliyə dosent elmi adı verilib. Bu haqda müğənni Axşam.az-a açıqlamasında deyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Esdrada sənəti” kafedrasında dərs deyən ifaçı dosent olub. “Universitetdə Elmi Şura bunu təsdiqlədi və dosent oldum” deyə, Nüşabə Ələsgərli bildirib.  Qeyd edək ki, Nüşabə Ələsgərli 2018-ci ildə “Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri” adlı elmi işini […]

Hadisə

Cəlilabadda üç uşaq anası intihar ETDİ

Cəlilabad rayonunun Xanəgah kəndində 35 yaşlı qadın intihar edib. “Unikal” xəbər verir ki, kənd sakini, 1988-ci il təvəllüdlü Səfiyə Tanrıverdiyeva yardımçı tikilidə özünü asıb. Məlumata görə, mərhumun üç övladı var. İntiharın səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır. 0 0

Hadisə

Yeniyetmə siçan dərmanı içdi, vəziyyəti ağırdır

Qaxda 15 yaşlı qız dərmandan zəhərlənib. “Unikal” xəbər verir ki 2008-ci il təvəllüdlü Qax rayonu Şotavar kənd sakini,  Ayla Bəhram qızı Məmmədova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 15 yaşlı qızın gəmiriciləri məhv etmək üçün istifadə edilən dərmandan zəhərləndiyi məlum olub. A. Məmmədovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır  qiymətləndirilir. Faktla […]

Dünya

Putin Rusiya neftinin “dost ölkələr” üçün satışındakı qiymət tavanını ləğv etdi

Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin dost ölkələrə satışında qiymət tavanının ləğvi haqqında fərman imzalayıb. “Unikal” xəbər verir ki, Ukraynaya hücumlarına görə Qərb dövlətlərinin sanksiyalarına məruz qalan Rusiyadan yeni addım atılıb . Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin “dost ölkələrə” satışında qiymət tavanının ləğvi haqqında fərman imzalayıb. Avropa İttifaqı (Aİ) ölkələri ötən ilin dekabrında Rusiya neftinin […]

Siyasət

XİN: “Tərtərdəki partlayış bir daha göstərir ki, Azərbaycana yararlı və düzgün mina xəritələr verilməyib”

Azərbaycan Xarici  İşlər Nazirliyi (XİN) Tərtərdə baş vermiş mina partlayışı ilə bağlı bəyanat yayıb. Oxu.Az-a daxil olan bəyanatda deyilir: “28 aprel 2023-cü il tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində 3 nəfər mülki şəxs həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin! Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə […]

Cəmiyyət

“Əqrəb mövsümü”nün rejissoru son filminə baxmayanlara əsəbiləşdi – VİDEO

“Yataq səhnələrini atamın baxacağından utandığım üçün çəkmirdim. Artıq buna fikir vermirəm. Deyirəm ki, eybi yoxdur, atam həmin səhnəni ötürər”. Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində rejissor Emil Quliyev deyib. “Pərdə” trilogiyası, “Körpü”, “Əqrəb mövsümü” serialları ilə məşhurlaşan rejissor son filmi olan “Pərdəarxası”na kinoteatrda baxılmamasından şikayətlənib. “Film çəkmək üçün daha heç kimdən pul istəməyəcəyəm. Kimsə sifarişlə […]