Dünya

Çexiya gələcəkdə Ukraynada silah istehsalına başlayacaq

Çexiya gələcəkdə Ukraynada silah istehsalına başlamaq niyyətindədir.  “Unikal” xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel bildirib. “Söhbət təkcə texnologiyaların mübadiləsindən deyil, həm də istehsalın tam və ya qismən Ukraynada həyata keçirilməsi üçün ötürülməsindən gedir”. Əvvəllər bildirilirdi ki, Çexiya Ukraynanın 25 mülki aviasiya pilotunu hazırlayacaq , onların hazırlanması üçün 22 milyon kron (təxminən 1,05 milyon dollar) […]

Cəmiyyət

“Kino təkcə film nümayişi deyil, həm də mədəniyyət və xüsusi sosial təsir mənbəyidir”

“EY Azərbaycan” şirkətinin ölkəmizdə təşkil etdiyi “EY İlin İş Adamı” müsabiqəsinin məqsədi əzm və dayanıqlılıq nümayiş etdirən sahibkarları qiymətləndirməkdir. Bu sahibkarlar yaşadıqları və fəaliyyət göstərdikləri cəmiyyət üçün dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan insanlardır. “Qafqazinfo” xəbər verir ki, 2023-cü ildə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin “Sosial təsir” nominasiyası üzrə mükafatçısı “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə […]

Hadisə

Zaqatalada iki nəfəri it dişlədi

Zaqatalada iki nəfəri it dişləyib. “Qafqazinfo”nun məlumatına görə, bu gün rayonun Yuxarı Tala kənd sakini 2016-cı il təvəllüdlü Əhməd Seyran oğlu Əhmədzadə və  Makov kənd sakini 1985-ci il təvəllüdlü Dilbər Ramazan qızı Əliyeva it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra […]

İdman

Halqada adrenalin: Tarixi Bakı küçələri yeddinci dəfə trekə çevrildi – REPORTAJ + FOTO

Azərbaycan artıq yeddinci dəfə “Expect the unexpected”, yəni “Gözlənilməzə hazır olun” şüarı ilə tarixi Bakı küçələrini “Formula-1” trekinə çevirib. “Formula-1”də mövsümün ən maraqlı mövzularından biri də Xəzər dənizinin sahilində salınan küçə trekində yarışın necə olacağıdır. Bildiyiniz kimi, “Formula-1” Azərbaycan Qran-prisi hər il öz unikallığı və yarışın maraqlı nəticələri ilə yaddaşlarda iz qoymağı bacarır. Bu il […]

Cəmiyyət

Şəfəq Hüseynli Avropa Şurasının antidopinq fəaliyyətini əlaqələndirəcək və ona nəzarət edəcək

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurası Antidopinq Konvensiyasının ali qurumu olan Monitorinq Qrupunun sədr müavini vəzifəsinə seçilib.  Sportal.az xəbər verir ki, bu barədə 28 aprel 2023-cü il tarixində Strasburqda Avropa Şurası Antidopinq Konvensiyasının rəhbər qurumlarına keçirilən seçkilərdə qərar verilib. Monitorinq Qrupu 52 ölkənin nümayəndə heyətindən və müşahidəçi beynəlxalq təşkilatlardan (Ümumdünya Antidopinq […]

Siyasət

Hərbçi və polislərimiz sülhməramlıların avtomobillərinin maneəsiz keçidinə şərait yaradıblar – YENİLƏNİB+FOTO

Laçın-Xankəndi yoluna nəzarəti davam etdirən Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər Rusiya sülhməramlılarına məxsus avtomobillərin maneəsiz şəkildə hərəkət etməsinə şərait yaradıblar. “Report”un xəbərinə görə, nəqliyyat vasitəsinin maneəsiz hərəkəti təmin olunub. Belə ki, sülhməramlılara məxsus 1 minik avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət edib. 18:23 Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının […]

Cəmiyyət

DYP və AYNA tərəfindən “Lökbatan” dairəsində hərəkətin tənzimlənməsi istiqamətində tədbirlər görülür

“Lökbatan” dairəsi sərnişin axınının intensiv olduğu ərazilərdəndir. Buradan ölkənin müxtəlif şəhər və rayonlarına həm avtobuslar, həm də taksilərlə sərnişindaşıma həyata keçirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, sərnişinlərin avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanması, nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti isə günün pik vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olurdu. Daxili […]

Siyasət

Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan-iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir”

“Siz Ermənistanda keçirilmiş Avropa çempionatında şanlı Türk Bayrağını göylərə qaldırmısınız, Milli Marşı səsləndirmisiniz. Bu münasibətlə sizi bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Eyni zamanda, bu qələbəni Azərbaycana həsr etmisiniz. Bu, bizi xüsusilə sevindirən bir haldır”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş […]

Cəmiyyət

“Bakcell” stendinə azarkeş axını! – Fotolar

Bakıda “Bakcell” şirkətinin dəstəyi ilə Formula 1 Azərbaycan Qran Prisi başlayıb. “Formula 1” və “Formula 2” üzrə sərbəst yürüşlərin və sıralama turlarının keçirildiyi ilk yarış günü idman həvəskarları Dənizkənarı Bulvar ərazisində qurulmuş “Bakcell” zonasında maraqlı vaxt keçiriblər. Azneft dairəsində yerləşən “Bakcell” tribunası və tribunanın ətrafında yerləşən Bakcell əyləncə zonası qonaqların böyük marağına səbəb olub, bu nüfuzlu idman […]

Siyasət

“İkinci Qarabağ savaşında Türkiyə həmişə bizim yanımızda idi” – İlham Əliyev

Bizim qızlarımız orada bayrağı qaldırdılar və Türkiyənin Milli Marşı səslənəndə bütün orada oturanları ayağa qaldırdı. Bax, zəfər budur, qürurverici hallar budur. “Unikal” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib. “Bizim […]