İdman

Azərbaycan Prezidenti türk idmançıları təltif etdi

İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif ediliblər. Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Cansu Bektaş, Qamze Altun və Nuray Güngör “Tərəqqi” medalı ilə təltif ediliblər. 0 0

Hadisə

Mingəçevirdə 47 yaşlı kişinin meyiti tapıldı

Mingəçevir şəhərində 47 yaşlı şəxsin meyiti tapılıb. “Qafqazinfo”nun məlumata görə, dünən günorta saatlarında şəhər şərasizində 1976-cı il təvəllüdlü Ceyhun Şirin oğlu Şabanovun meyiti aşkar edilib. Onun üzərində ilkin baxış zamanı hər hansı xəsarət müəyyən edilməyib. C.Şabanovun hansı səbəbdən vəfat etməsinin müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır. 0 0

İdman

Fatih Terim İstanbul prokurorluğunda ifadə verdi – Dələduzluğa görə

“Qalatasaray”ın və Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim İstanbul Respublika Baş Prokurorluğunun bir bankın şəxsi fondu vasitəsilə dələduzluq etdiyi iddiası ilə başlatdığı istintaq çərçivəsində şikayətçi kimi ifadə verib. Qaynarinfo-nun məlumatına görə, şəhərdəki şöbə müdirinin bankın şəxsi fondu vasitəsilə Fatih Terim və bir iş adamı da daxil olmaqla xeyli insanı aldatması ilə bağlı şikayətlərin ardından […]

Siyasət

Rus generalının separatçıların bayrağına sevgisi nədən qaynaqlanır? (ŞƏRH)

“Lentsovun bu addımı Kremlin öz maraqlarını gerçəkləşdirmək, bölgədə nəzarət imkanlarını saxlamaq üçün Qarabağdakı separatçı rejimi dəstəkləməyə davam etdiyinin göstəricisidir”. Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Qulamhüseyn Əlibəyli Qarabağda müvəqqəti yerləşən rus sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovun bölgəyə gələr-gəlməz separatçıların liderilə görüşməsini şərh edərkən deyib. Ekspert bildirib ki, Qarabağda yerləşdirilən sülhməramlı qüvvələrin komandanının kim olmasının böyük əhəmiyyəti […]

Cəmiyyət

Süleyman Nemətov onu polis rəisi TƏYİN ETDİ

Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Polis Şöbəsinə rəisi işdən azad olunub. “Unikal” Apa-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Nəsib İsmayılov Polis Şöbəsinin rəisi vəzifəsindən çıxarılıb. Başqa bir əmrlə Nəsib İsmayılov Naxçıvan Daxili İşlər Nazirliyində müvafiq vəzifəyə təyin edilib. Naxçıvan daxili işlər nazirinin digər əmri ilə polis polkovniki Orxan […]

Cəmiyyət

Pendir istehsal edən obyektdə nöqsanlar aşkarlandı

Ağcabədidə nöqsanlar aşkarlanan pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb. “Unikal” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Ağcabədi rayonu, Dördyol ərazisində fəaliyyət göstərən fiziki şəxs Nəcəfov Təşkilat Qərib oğluna məxsus pendir sexində yoxlama keçirilib. Baxış zamanı sexdə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin […]

Dünya

“Qızım Sunakı baş nazir etdi” – Rişi Sunakın qayınanası

Britaniyanın baş naziri Rişi Sunakın qayınanası Sudha Murti Hindistan KİV-ə müsahibə verib.  “Unikal” xəbər verir ki, Akşata Murtinin anası Sudha Murti qızının həyat yoldaşı Rişi Sunakın onun həyatına bir çox cəhətdən təsir etdiyini bildirib. Murti Sunakın qızı sayəsində hakimiyyətə gəldiyini iddia edərək, “Ərini iş adamı etdi. Qızım sayəsində o İngiltərənin baş naziri oldu. Bu, qadınların şöhrətindən […]

Cəmiyyət

Vilayət Eyvazov Bakının bu rayonuna rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin rəis müavini, polis baş-leytenantı Qafar Şərifov həmin Şöbənin rəisi təyin olunub. Qeyd edək ki, Q.Şərifov əvvəllər Mingəçevir şəhər Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi olub.  0 […]

Cəmiyyət

Dövlət əmlakının özəlləşdirilməsi qaydası dəyişdi – FƏRMAN

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun icrası ilə bağlı əlavə tədbirlər barədə” 23 dekabr 2000-ci il tarixli fərmana dəyişiklik edib. “Unikal” xəbər verir ki, dövlət başçısı İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün nəzərdə tutulan sənədləri və yaxud məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə […]