İdman

La Liqanın prezidenti Messinin “Barsa”ya qayıtmasından danışdı

La Liqanın prezidenti Tebas Leo Messinin “Barselona”ya mümkün transferindən danışıb.  “Unikal” xəbər verir ki, o, argentinalı ulduzun Kataloniya təmsilçisinə transferinin qarışıq məsələ olduğunu bildirib. Bu barədə “RMC” məlumat yayıb. “Məndən soruşsanız, Messinin “Barselona”ya qayıtması qarışıq məsələdir. Bəzi maddələr üzrə transferin necə baş tutacağına baxmalıyıq. Maaş məsələsi bəlli olmalıdır”. Qeyd edək ki, Messinin PSJ ilə sözləşməsinin müddəti […]

İdman

“Borussiya” Roysla bağlı qərar verdi

“Borussiya” (Dortmund), kapitan Marko Roysla yeni müqavilə bağlayıb.  Qaynarinfo xəbər verir ki, klub 33 yaşlı futbolçu ilə müqavilənin müddətini 2024-cü ilə qədər uzadıb. Bu barədə klubdan açıqlama verilib. Komandanın heyətində iki dəfə Almaniya kubokunu qazanan Roys “arılar”ın formasında ümumilikdə 161 qola imza atıb. Müqaviləsinin uzadılması ilə bağlı açıqlamasında təcrübəli futbolçu, “Hazırda diqqətimizi yönəltdiyimiz yalnız bir […]

Cəmiyyət

Şənbə günü hava necə olacaq?

Aprelin 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Unikal”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. […]

Dünya

Ermənistanda yeni DTX rəisi təyin edildi

Ermənistanın baş naziri Nikol Paşinyan Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) yeni rəis təyin edib.  “Unikal” xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.  Qərara görə, Sarqis Hovhannisyan Ermənistan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub.  0 0

Cəmiyyət

Baş Prokurorluqda Akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı tədbir keçirildi – FOTOLAR

Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə aprelin 28-də Baş Prokurorluqda tədbir keçirilib.  “Unikal” xəbər verir ki, tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə […]

Cəmiyyət

“Badımcan zarafatı” aranı qatdı –  Ekspert qalmaqala səbəb olan məsələyə aydınlıq gətirdi (FOTO)

“Marketdə alıcıya təklif olunan günəbaxan yağı ilə badımcanın bir yerdə fotosu zarafatla çəkilib”. Bunu Qaynarinfo-ya açıqlamasında marketinq eksperti Pərviz Əzimov sosial şəbəkələrdə günəbaxan yağının üstündə badımcanın hədiyyə olunması ilə bağlı fotodan danışarkən deyib. O bildirib ki, həmin hədiyyənin satışa hazır tərəfi yoxdur:  “Bütün dünyada olduğu kimi Azərbaycanda da marketlərdə məhsul satışı zamanı onların paketlənməsi, ikili […]

Dünya

Türkiyə təyyarəsinin Sudanda hücuma məruz qalmasına rəsmi REAKSİYA – YENİLƏNİB

Türkiyənin Milli Müdafiə Nazirliyi Sudanda Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin atəşə tutulması faktını təsdiqləsə də ekipaj üzvlərindən heç kimin xəsarət almadığını açıqlayıb.  “Sudana təxliyə üçün göndərdiyimiz “S-130” təyyarəsinə atəş açılıb. Təyyarə təhlükəsiz eniş edib. İnsident nəticəsində xəsarət alan olmayıb”, – Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunur. Qeyd edək ki, Türkiyə hökuməti öz vətəndaşlarını və diplomatlarını […]

Dünya

Türkiyədə daha bir PKK üzvü saxlanıldı

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) axtarışda olan daha bir PKK üzvünü saxlayıb. “Unikal” xəbər verir ki,  bu barədə  MİT-in mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, barəsində terror təşkilatlarına silah vermək ittihamı ilə 15 il azadlıqdan məhrumetmə cəzası olan Rasim Akyol ölkə xaricində keçirilən əməliyyat nəticəsində tutularaq Türkiyəyə gətirilib. Onun 2018-ci ildə Hatayda 25 kiloqram partlayıcı maddə ilə tutulan PKK […]

Siyasət

Azərbaycan-Fransa: İkitərəfli əlaqələrə “hə”, regional siyasətə “yox” – TƏHLİL

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycana səfəri Parisin regiondakı iddialı ambisiyalarına son qoymadığını bir daha göstərir. Lakin görünür ki, Fransa da, Azərbaycan da ikitərəfli münasibətləri ayrıca komponent kimi daha da irəliyə aparmağın tərəfdarıdırlar və ümumiyyətlə regional təhlükəsizlik üzrə yaranan fikir ayrılıqlarının elementlərini ikitərəfli sistemə sirayət etdirmək istəmirlər. Azərbaycan xarici işlər naziri Ceyhun […]

Cəmiyyət

Şəhid və qazi ailələrinin övladları üçün təlim-tədris proqramına başlanıldı – FOTO

Azərkosmosun Korporativ Sosial Məsuliyyət fəaliyyəti çərçivəsində şəhid və qazi ailələrinin övladlarının təhsil, peşə hazırlığı və yaradıcı potensialının inkişafı istiqamətində rol oynayacaq geniş təlim proqramlarına start verilib. “Unikal” xəbər verir ki,ilk qrupun məktəbli iştirakçıları “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən təqdim edilib. Təlim proqramı hər iştirakçı qrupu üzrə iyul ayınadək davam edəcək. Çox sayda məktəblinin cəlb […]