İqtisadiyyat

AccessBank-ın gəlirləri 45% artıb

Cari ilin 1-ci rübündə AccessBank-ın ümumi gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 45% və ya 14.4 milyon manat artaraq 47 milyon manata yüksəlib. Bankın faiz gəlirləri isə 40%, yəni 12 milyon manat artaraq 43 milyon manata çatıb.   AccessBank həmçinin yekun xalis mənfəətini ötən ilin analoji dövrü ilə müqayisədə 7 dəfə artırıb. Belə ki, Bank […]

Dünya

ABŞ-də hərbi helikopterlər toqquşdu – Ölənlər var (YENİLƏNİB)

ABŞ-nin Alyaska ştatında iki hərbi helikopterin toqquşması nəticəsində 3 hərbçi ölüb. “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, qəzada daha 1 nəfər yaralanıb. Məlumata görə, təlim uçuşu zamanı Boeing AH-64 Apache tipli iki hərbi helikopter toqquşub.  ABŞ ordusu qəzanın səbəblərini araşdırır.  Ağarza Elçinoğlu  ***09:02 ABŞ ordusuna məxsus iki AH-64 Apache helikopteri təlim missiyasından sonra Alyaskada qəzaya uğrayıb.  “Unikal” xəbər […]

Dünya

Ukraynada rus hərbçilər arasında kütləvi zəhərlənmə oldu

Zaporojye vilayətinin işğal altında olan Melitopol şəhərində rus hərbçilər arasında kütləvi zəhərlənmə baş verib. “Unikal” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata görə, aprelin 24-də Melitopoldakı rus ordusunun bölmələrinin birində baş verən zəhərlənmə nəticəsində 20 rus hərbçisi ölüb. 0 0

İdman

“Barselona” yayda 140-a yaxın işçisini ixtisar edəcək

“Barselona” 1996-cı ildən fəaliyyət göstərən rəsmi televiziya kanalı “Barça TV”ni iyunun 30-da bağlayacaq. Qaynarinfo-nun məluamtına görə, İspaniya La Liqasının liderinin bu addımı atmasına səbəb yaşanan iqtisadi problemlərdir. Kataloniya “RAC1” radiosunun xəbərinə görə, iyunun 30-dan etibarən “Telefonica” ilə müqavilə yenilənməyəcək və “Barça TV-nin yayımı dayandırılacaq. Telekanalda çalışan 140-a yaxın işçi isə ixtisar ediləcək. “Barselona”nın onlayn yayım […]

Cəmiyyət

3 ayda bu qədər şəxsə əlillik verilib

2023-ci ilin birinci rübü ərzində 13 003 şəxsə əlillik təyin edilib. Bu barədə “Qafqazinfo”ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib. Bildirilib ki, onlardan 6 034-nə ilkin, 6 969-na isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. 0 0

Dünya

Rusiyalı səfir buna görə İspaniya XİN-ə çağırıldı

Rusiyanın İspaniyadakı səfiri Yuri Klimenko bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. “Unikal” xəbər verir ki, bu barədə məlumatı İspaniya XİN təsdiqləyib. Rusiyalı siyasətçinin gözlənilməz səfərinin səbəbi bu yaxınlarda səfirliyin “Twitter” səhifəsində Ukrayna münaqişəsi ilə bağlı videonun dərc olunmasıdır. 0 0

Cəmiyyət

“Kontakt”da “Sevinc xəbərçisi” kampaniyası başladı: 24 ayadək ilkin ödənişsiz, faizsiz, komissiyasız şərtlər

“Kontakt” mağazalar şəbəkəsi ən sərfəli imkanları “Sevinc xəbərçisi” kampaniyası ilə müştərilərinin ayağına gətirir. Belə ki, aprelin 28-dən mayın 10-dək şəbəkənin mağazalarına üz tutan bütün alıcıları hissəli alış zamanı 24 ayadək ilkin ödənişsiz, faizsiz ən önəmlisi isə komissiyasız şərtlər qarşılayacaq. Hissəli ödəniş şərtləri haqda daha ətraflı desək, kampaniya günlərində fikrinizdən keçən smartfonu ilkin ödənişsiz, 12 ay faizsiz; televizor, məişət əşyası, ev tekstilini, qab-qacağı 18, mebelləri isə 24 aylıq ilkin ödənişsiz, […]

Kriminal

Bakıda mağazadan 4320 manatlıq ətir oğurlandı

Bakıda mağazadan 4320 manatlıq ətir oğurlanıb. Bu barədə “Unikal”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisindəki bir mağazadan 517 manat pul və 4320 manat dəyərində ətrin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli […]

Cəmiyyət

AzMİU tələbələri üçün 2 günlük təlim düşərgəsi təşkil olunub – FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsi, İnnovativ biznes inkubator və AIESEC Azərbaycanın birgə təşkilatçılığı ilə “Startap və onun əsasları” mövzusunda iki günlük təlim düşərgəsi təşkil olunub. “Unikal” xəbər verir  ki, təlim düşərgəsində SABAH.lab startap akselerasiya mərkəzinin koordinatoru Sultan Abdullayev və Azərbaycan Beynəlxalq Bankı İnnovasiya mərkəzinin koordinatoru Elnur İsazadə tərəfindən tələbələrə startapın əhəmiyyəti, startapda […]