Dünya

Sudan ordusu Türkiyə təyyarəsinə ATƏŞ AÇDI

Sudanda təxliyə məqsədi ilə gələn Türkiyə təyyarəsinə atəş açılıb. “Unikal” xəbər verir ki,  bu  barədə TASS məlumat yayıb.  Bildirilir ki, Türkiyə təyyarəsi Xartumdan təxminən 20 km aralıda yerləşən Vadi Seydna hərbi bazasının aerodromuna eniş edərkən atəşə tutulub. İnsident nəticəsində ekipaj üzvlərindən biri yaralanıb. 0 0

Cəmiyyət

Oqtay Əsədovun xanımının Rusiyadakı biznesindən əldə etdiyi gəlir MƏLUM OLDU

Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olan və Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkətinin 2022-ci ildə əldə etdiyi gəlirlər açıqlanıb. “Unikal” yeniavaz.com-a istinadən xəbər verir ki, Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, “Arizarum Qrup” ötən il 13 milyon 924 min rubl (291 min […]

Şou

Çağatay Ulusoyun yeni imici bəyənilmədi – FOTOLAR

Türkiyəli məşhur aktyor Çağatay Ulusoy “Terzi” serialının premyerasına qatılıb.  “Unikal” xəbər verir ki, imicində dəyişiklər edən Çağatayın geyimi bəyənilməyib.  Qalaya köynək, dəri gödəkçə və papaqla gələn Ulusoy tərzi ilə sosial media istifadəçilərinin dilinə düşüb. Baş rollarda Çağatay Ulusoy, Salih Bademci, Olgun Şimşək və Şifanur Gülün çəkildiyi “Terzi” serialı “Netflix”də  yayımlanacaq.  0 0

Dünya

Rusiya yenə dinc əhalini raket atəşinə tutdu – 10 ÖLÜ

Ukraynanın Çerkassı vilayətinin Uman şəhəri Rusiyanın raket atəşinə tutulub.  “Unikal” UNİAN-a istinadən xəbər verir ki, raket hücumları nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb. Ölkənin daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, ölənlərin sayının artacağı istisna edilmir.  Xilasetmə əməliyyatı davam edir. 0 0

Cəmiyyət

“Təəssüflər olsun ki, AMEA bu yükü çəkə bilmədi” – Komitə sədri

“Hələ də respublikada elmi araşdırmaların, qanunların tətbiq səviyyəsi bizi qane etmir. Bu o demək deyil ki, ölkədə yaxşı alimlərimiz yoxdur. Bizim çox güclü alimlərimiz var. Necə olur ki, azərbaycanlı alimlər ABŞ-da, İngiltərədə, Almaniyada, Yaponiya və Koreyada böyük mərkəzlərə rəhbərlik edirlər”. “Unikal” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri, deputat Bəxtiyar […]

Cəmiyyət

“DAHİLƏR ANASI ÇAĞIRILIR ADIN”

2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın […]

Dünya

Çexiya və Slovakiya prezidentləri Kiyevə getdilər

Çexiya Prezidenti Pyotr Pavel və Slovakiya dövlət başçısı Zuzana Çaputova Ukraynaya səfər ediblər.  “Unikal” xəbər verir ki, bu  barədə Ukrayna KİV-ləri məlumat yayıb. Bildirilir ki, Çexiya və Slovakiya dövlət başçıları Ukrayna lideri Zelenski və digər rəsmi şəxslərlə danışıqlar aparacaq. 0 0

Cəmiyyət

“Onlar da bu istiqamətdə biliklərini artırmalıdırlar” – Depuat

“Araşdırma və qiymətləndirmə aparmaqla təhsilverənlərə əlavə təhsilin məzmununu, müddətini və digər parametrləri müəyyənləşdirmək lazımdır”.  “Unikal” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev deyib. Komitə sədri bildirib ki, bu tək uşaq baçğaları və məktəblərə yox, həm də peşə təhsil müəssisələrinə də aiddir: “Yeni bilik və bacarıqlar formalaşdırılsın, lakin təhsilverənlərin […]

Cəmiyyət

Salyanda QƏZA: Yaralananlar var

Salyanda baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun “Avtovağzal dairəsi” adlanan ərazisində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində Salyan rayon sakinləri 1989-cu il təvəllüdlü Sərdarov Əlihüseyn Kəlbihüseyn oğlu, 2000-ci il təvəllüdlü Məlikov Arif Xəlilulla oğlu və 1999-cuil təvəllüdlü Abdullayev Elvin Ziyafət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralananlar […]

Cəmiyyət

Müəllimlərin yerdəyişməsi ilə bağlı növbəti vakansiya seçiminə start verilib

Bu gün saat 11:00-da Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilib. Nazirlikdən verilən xəbərə görə, vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem 2 may saat 11:00-dək […]