İqtisadiyyat

Bakıda keçiriləcək sərgilərdə KOB-ların məhsullarının tanıdılması üçün stend qurulacaq

KOB subyektlərinin məhsullarının tanıdılmasına dəstək məqsədilə “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində xüsusi stend qurulacaq. Bu barədə KOBİA məlumat yayıb. 17-19 may 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgiləri keçiriləcək. Sərgilərdə bitkiçilik, baytarlıq, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, suvarma avadanlıqları, […]

İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,17 ABŞ dolları, yaxud 2,58% azalaraq 81,85 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb. 0 0

Cəmiyyət

FHN: Ötən sutka 20 yanğına çıxış olub, 4 nəfər xilas edilib

Ötən sutka ərzində 20 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla […]

Cəmiyyət

“Zərifə xanım Əliyevanın zəngin irsi daim öyrənilməlidir” – Vüqar Rəhimzadə

“Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım  Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmişdir. Görkəmli oftalmoloq alim səmərəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə yüksək səviyyədə qiymətləndirilib”.  Bu […]

Cəmiyyət

Azərbaycanlı məktəbli qızlardan beynəlxalq robotexnika müsabiqəsində yüksək nəticə – FOTO

İllərdir azərbaycanlı qadınların inkişafı üçün müxtəlif layihələr həyata keçirən “Aura” növbəti dəfə ənənəsinə sadiq qalıb. “Unikal”  xəbər verir ki, bu dəfə adıçəkilən markanın dəstəyi ilə “Methack” komandasının məktəbli qızlardan ibarət kollektivi ABŞ-da təşkil edilmiş “FİRST Robotics Competition”(FRC) müsabiqəsinə qatılıb. NASA tərəfindən təşkil edilən bu mötəbər turnirdə yüksək bacarıq nümayiş etdirən qızlar “Rooki All Star” mükafatında […]

Dünya

“Qırğızıstan və Tacikistandakı hərbi bazalarının döyüş hazırlığı artırılır” – Şoyqu

Rusiya Qırğızıstan və Tacikistandakı hərbi bazaların, eləcə də mümkün çağırışlara qarşı digər cavab qüvvələrinin döyüş hazırlığını artırır. “Unikal” xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin Yeni Dehlidə keçirilən iclasında bildirib. O, ABŞ və müttəfiqlərinin terrorizmlə mübarizəyə yardım bəhanəsi ilə Mərkəzi Asiyada hərbi mövcudluğunu bərpa etmək cəhdlərinə işarə edib. […]

Cəmiyyət

“10-11-ci sinif şagirdlərinin 60 faizi məktəbə gəlmir” – Deputat

“Müəllimin biliyi yoxlanmalıdır, ona uyğun olaraq əməkhaqqılarında dəyişiklik olunmalıdır. Ancaq nə dəyişib? Heç nə dəyişməyib. Kölgə təhsili geniş vüsət alır”. “Unikal” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Etibar Əliyev deyib. O bildirib ki, repetitorluq adaha da şiddətlərnir: “10-11-ci sinif şagirdlərinin davamiyyəti 40 faizdir. Onların 60 faizi məktəbə gəlmir. Məktəb təkcə test […]

Cəmiyyət

Peşə məktəblərində qiyabi təhsil ləğv edilir

Peşə təhsili müəssisələrində qiyabi təhsilalma forması ləğv edilir. “Unikal” xəbər verir ki, bu, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. Həmçinin peşə təhsili müəssisələrində təhsil alanlar akademik məzuniyyətin verilməsi də nəzərdə tutulub. 0 0

Dünya

AŞPA Rusiyanın bu addımını soyqırımı kimi tanıdı

Avropa Şurası Parlament Assambleyası (AŞPA) ukraynalı uşaqların deportasiyasını və Rusiyaya məcburi köçürülməsini soyqırımı kimi tanıyan qətnamə qəbul edib. “Unikal” xəbər verir ki, bu barədə AŞPA-nın rəsmi saytında qeyd olunub.  Məlumata görə, ukraynalıların Rusiyanın Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərindən qanunsuz deportasiyası hələ Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl, yetim və əlillərin ixtisaslaşdırılmış müəssisələrdən deportasiyası şəklində başlayıb.  […]

Cəmiyyət

“AzərEnerji” Heydər Əliyevlə bağlı sərgi və konfrans keçirdi   – VİDEO/FOTO

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olaraq “AzərEnerji” Ümummili Liderin şah əsərlərindən sayılan və 40 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də Qafqazın ən böyük istilik elektrik stansiyası titulunu qoruyub saxlayan Mingəçevirdəki “Azərbaycan” İES-də geniş tədbir keçirib. “Unikal” xəbər verir ki, öncə AzərEnerji, “Azərişıq” və Mingəçevir rayon rəhbərliyi Ulu Öndərin “Azərbaycan” İES-in həyətində […]