Paytaxtda ana və övladını avtomobil vurub
Bakının Xətai rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, Babək prospektində yolu keçən 1982-ci il təvəllüdlü Kamilla Ruad qızı Aktyanova və onun 2015-ci il təvəllüdlü övladını avtomobil vurub. Hər iki yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır. 0 0