Hadisə

Masallıda sex YANDI

Masallı şəhərində ümumi sahəsi 60 m² olan sexin dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən “Unikal”a bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 0 0

Dünya

Ukraynanın Baş naziri Papa Fransiski Kiyevə səfərə dəvət edib

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Vatikanda Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Rusiya ilə Ukrayna arasında sülh prosesi, sülh planının bütün addımlarına nail olmaqda Vatikanın mümkün dəstəyi, “taxıl dəhlizi”nə dair sazişin müddətinin uzadılması ilə bağlı məsələlər müzakirə edilib. Denis Şmıqal Roma Papasını Kiyevə səfərə dəvət edib, saxlanılan, həbs edilən, […]

Dünya

Ukraynalı jurnalist Xersonda öldürüldü

İtaliyanın “La Repubblica” qəzetində işləyən ukraynalı jurnalist Boqdan Bitik öldürülüb.  “Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, jurnalist Rusiya ordusu tərəfindən qətlə yetirilib. Hadisə Xerson vilayətində baş verib. Həmçinin, italyan müxbir Corrado Zunino yaralanıb. 0 0

Tovuz sakininin 15 ildir aldığı təqaüd kəsildi – VİDEO

Tovuz rayonunun Alakol kənd sakini, 42 yaşlı Aynur İsmayılovanın təqaüdü kəsilib. Xezerxeber.az məlumat verir ki, Aynur  İsmayılova 15  ildir mübarizə apardığı qıcolma, yüksək təzyiq və eplepsiya xəstəliyinə görə əvvəllər ikinci qrup, daha sonra isə üçüncü qrup üzrə təqaüd alıb. O, illərdir ki, təqaüd pulu ilə dərmanlarını aldığını bildirir. Lakin bir ildən çoxdur ki, təqaüdünün bərpası […]

Dünya

Ukraynada çerniqovlu ailəni avtomobilində güllələyən rus əsgərə hökm oxundu

Məhkəmə, xüsusi məhkəmə prosesində Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçisini qəsdən adam öldürmə ilə birlikdə müharibə qanunlarını və adətlərini pozmaqda təqsirli bilib. Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir. Baş Prokurorluğun məlumatına görə, o, ömürlük həbs cəzasına məhkum edilib. Prokuror məhkəmədə sübut edib ki, 2022-ci il fevralın 26-da Prilutski rayonunun Krupiçpole kəndinin mərkəzi hissəsində rus hərbçiləri mülki […]

Dünya

Məşhur teleaparıcı 79 yaşında vəfat etdi

Məşhur teleaparıcı Cerri Springer 79 yaşında vəfat edib. “Unikal” xəbər verir ki, o, Çikaqodakı evində dünyasını dəyişib. Məlumata görə, teleaparıcıya bir neçə ay əvvəl xərçəng diaqnozu qoyulub. 1968-ci ildə Cerri Springer senator Robert Kennedinin komandasının müşaviri olib. 1970-ci ildə Konqresə namizədliyini irəli sürməyə çalışıb, lakin uğursuz olub. 1982-ci ildə NBC-də siyasi köşə yazarı kimi çalışıb. 1991-ci […]

Hadisə

Bakıda 4-cü kurs tələbəsi qəzada öldü

Azərbaycan Texniki Universitetinin Energetika və avtomatika fakültəsinin IV kurs tələbəsi Pərvin Cəfərov Bakıda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində baş verib. Belə ki, Atakişiyev Hümmət Baba oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi “KamAZ” markalı […]

Siyasət

Sürətlə inkişaf edən Türkiyə müdafiə sənayesi – VİDEO

Türkiyədə müdafiə sənayesinin inkişaf etməsi, ölkə daxilində və xaricində əldə etdiyi ardıcıl uğurların bariz nümunəsidir. Təbii ki, müdafiə sənayesinin son 20 ildə daha sürətli inkişafa qədəm qoyması Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, qardaş ölkə bu gün dünyada mühüm güc mərkəzlərindən birinə çevrilib. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim […]

Dünya

AŞPA ukraynalıların Rusiyaya deportasiyasını soyqırım kimi tanıdı

Aprelin 27-də Avropa Şurası Parlament Assambleyası ukraynalıların Rusiyaya məcburi deportasiyasını pisləyən qətnamə qəbul edib. Qətnamədə deyilir ki, məcburi deportasiya beynəlxalq hüquqa görə soyqırım əlamətidir. Ona görə də bütün hallar araşdırılmalı və bu işdə iştirak edənlərin hamısı məsuliyyətə cəlb edilməlidir. Qeyd edək ki, bu sənəddə ilk dəfə olaraq Rusiyanın müasir Ukraynadakı hərəkətlərinə münasibətdə “soyqırım” ifadəsi işlədilir. […]

Cəmiyyət

Cənub bölgəsində güclü külək nəticəsində ziyan görən məktəb və bağçalar AÇIQLANDI

Aprelin 21-də baş verən güclü külək nəticəsində bir neçə məktəb və bağçaya ziyan dəyib. Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, Cəlilabad və Masallı rayonunda güclü külək və dolu ilə müşahidə edilən qasırğa zamanı bəzi təhsil müəssisələrinə ciddi ziyan dəyib. Belə ki, rayonun Uzuntəpə kənd 1, Privolnoye kənd 1 nömrəli və Komanlı kənd tam orta […]