Hadisə

Azərbaycanda zəlzələ oldu

Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Bu barədə “SizinZaman”a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Saatlı ərazisində qeydə alınan zəlzələnin maqnitudası 3.9-dur. Zəlzələ hiss olunub. 0 0

Cəmiyyət

Penitensiar xidmətin kadr korpusu möhkəmləndirilir

Fevralın 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətində rəhbər vəzifələrə irəli çəkilən, habelə orta rəis heyətinə, o cümlədən keçirilən müsabiqələrdə uğur qazanaraq təyinat alan 40-dək əməkdaşla nazirlikdə görüş keçirilib. “SizinZaman” xəbər verir ki, tədbirdən öncə xidmətə yeni qəbul olunanlar Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla anıblar. Həmçinin xalqımızın […]

Dünya

Türkiyə ilə münasibətlərdə yeni səhifə açırıq” – Misir Prezidenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə rəsmi səfəri çərçivəsində Qahirədə ölkə prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüş keçirib. “SizinZaman” xəbər verir ki, danışıqlardan sonra dövlət başçıları Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının yenidən öz fəaliyyətini bərpa etməsinə dair Birgə Bəyannaməni imzalayıblar. Türkiyə Misirin Şimali Afrikadakı ilk ortağıdır. Ankara ilə əlaqələrimiz günü-gündən artır. Yaxın […]

Dünya

Məhkəmə Sarkozyə 6 ay həbs cəzası verdi

Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozinin 2012-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı 6 ay həbs cəzası verib.  “SizinZaman” xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb .O, həmçinin daha altı ay şərti həbs cəzası alıb. 0 0

Cəmiyyət

Bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm – İlham Əliyev

Biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. “SizinZaman” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.Azərbaycanın özünü tam təmin edən ölkə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Biz ikitərəfli formatda […]

Cəmiyyət

Prezident İlham Əliyev and içib – YENİLƏNİB

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. “SizinZaman” xəbər verir ki, Prezident İlham Əliyev andiçmə mərasimində nitq söyləyib. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilir. “SizinZaman” xəbər verir ki, mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar. Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər […]

Dünya

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Yaponiyanın qərbindəki İşikava prefekturasında və Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 241-ə yüksəlib. “SizinZaman” xəbər verir ki, İşikava prefekturasının qubernatorluğundan verilən açıqlamada yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayı artıb.  Açıqlamada 13 mindən çox insanın hələ də təxliyyə məntəqələrində qaldığı, xəbər alınmayan 11 nəfərin axtarışlarının davam etdiyi bildirilib.    Mərkəzi hökumət, yenidənqurma […]

Cəmiyyət

DYP-dən velosipedçilərə MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi velosipedçilərə müraciət edib. İdarədən “SizinZaman”a verilən məlumata görə, müraciətdə deyilir: “Velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, onların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində Bakı Şəhər DYP İdarəsi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Lakin təəssüflə qeyd etməliyik ki, bu tip nəqliyyat vasitələrini idarə […]

Cəmiyyət

Azərbaycan Televiziyasının yaranmasından 68 il ötür

Diqqət-diqqət, göstərir Bakı” – 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. “SizinZaman” xəbər verir ki, Şərqdə ilk televiziyanın ölkəmizdə fəaliyyətə başlamasından ötən 68 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib. 1996-cı ildə istismara […]

Cəmiyyət

İlham Əliyev sabah and İÇƏCƏK

Fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkilərində qalib gələn İlham Əliyev sabah and içəcək. “SizinZaman”ın əldə etdiyi məlumata görə, andiçmə mərasimi Milli Məclisdə keçiriləcək.  Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə bu gün olub. Konstitusiya məhkəməsi Azərbaycan Respublikası […]