İdman

“Ermənistanda ən gözəl cavabı verdiyimizi düşünürəm”

“Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdiyimizi düşünürəm”. “Qafqazinfo” xəbər verir ki, bunu İrəvanda keçirilmiş Avropa Çempionatında qızıl mükafat qazanan türkiyəli idmançı Nuray Güngör deyib. “Belə gözəl qarşılama üçün təşəkkür edirəm. Bir daha Azərbaycan-Türkiyə qardaşlığını ortaya qoymuş olduq. Ermənistanda iki qızıl medal qazandım və İstiqlal marşımızı oxutdum. Bunun ayrı bir qüruru var. Azərbaycanlı […]

Dünya

Moldovalı deputat mitinqdə NATO bayrağını cırdı

Moldova parlamentinin üzvü Aleksandr Nesterovski mitinqdə kartonda çap olunmuş NATO bayrağını cırıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb. “Ölkəmizdə sülh üçün mübarizə aparacağıq və hər zaman müharibəyə qarşı çıxacağıq. NATO isə tarixin zibilliyinə getməlidir”, – deyə deputat bildirib. 0 0

Siyasət

Putin Ermənistandan yük maşınlarının Rusiyaya girişinə qadağa qoydu – Cəza

Prezident Vladimir Putinin mümkün həbsi və Nikol Paşinyan hökumətinin NATO ilə hərbi təlimlərdə iştirak etmək qərarı ilə bağlı bəyanatlarından sonra Kreml Ermənistan hakimiyyətinə təzyiqlərini artırmağa davam edir.  “Rosselxoznadzor”un “keyfiyyətsiz xammal” aşkar etdiyi Ermənistan süd məhsullarının idxalına qoyulan qadağadan sonra Rusiya Ermənistandan yük maşınlarının ölkəyə girişinə qadağa qoyub. Qaynarinfo xəbər verir ki, bunu cümə axşamı parlamentin […]

Siyasət

Lavrovun müavini səfirlərlə Laçın yolunu müzakirə edib

Aprelin 27-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbül oğlu və Ermənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri V.Arutyunyan ilə ayrı-ayrılıqda görüşlər keçirib. “Unikal” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Laçın yolunda və ümumilikdə Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib. Rusiya, […]

İdman

Dörd günlük bilet sahiblərinin pit-leyn gəzintisindən FOTOREPORTAJ

“Formula-1” Azərbaycan Qran Prisində dörd günlük bilet sahibləri pit-leyndəki gəzintisindən fotoreportaj hazırlanıb. Qeyd edək ki, sabah Azərbaycanda “Formula-1” Azərbaycan Qran-prisi başlayır. “Formula-1” üzrə dünya çempionatının həyəcanı Bakı şəhər halqasında aprelin 30-dək davam edəcək. PhotoStock.az-ın pit-leyndəki gəzintidən hazırladığı fotoreportajı təqdim edirik: 0 0

Siyasət

Korotçenko: “Heydər Əliyevin hakimiyyəti dövrü Azərbaycanın inkişafına güclü təkan verib”

“Heydər Əliyevin hakimiyyəti dövrü Azərbaycanın ilk növbədə iqtisadi sahədə inkişafına güclü təkan verib”. “Report” xəbər verir ki, bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Moskvada keçirilən “Heydər Əliyev: SSRİ və Rusiyanın inkişafında onun rolu” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. Ekspert qeyd edib ki, Bakı hər zaman beynəlxalq şəhər kimi tanınıb. Onun […]

Cəmiyyət

Təranə Səmədovanın məhkəməsinin qapalı keçirilməsi ilə bağlı qərar verildi

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə T.Səmədovanın vəkili vəsatət qaldıraraq, prosesin qapalı keçirilməsini tələb edib. Məhkəmə yerində müşavirədən sonra prosesin qapalı keçirilməsi ilə bağlı vəsatəti təmin […]

Siyasət

Elmi-tədqiqat üzrə Anlaşma Memorandumu imzalandı – Fotolar

Aprelin 27-də elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.  “Qafqazinfo” xəbər verir ki, mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, memorandumun imzalanmasında məqsəd elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin təşkili, mövcud problemlərin və həll yollarının birgə müəyyənləşdirilməsidir.  Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə […]

İdman

La Liqa klubu baş məşqçisini istefaya GÖNDƏRDİ

İspaniya klubunda ayrılıq yaşanıb.  “Unikal” xəbər verir ki, “Xetafe” baş məşqçisi Kike Floresi istefaya göndərib. Qeyd edək ki, 58 yaşlı mütəxəssis komandanın başına 2021-ci ilin oktyabr ayında gətirilmişdi.  Xatırladaq ki, “Xetafe” İspaniya La Liqasında 31 turdan sonra 31 xalla 17-ci sırada qərarlaşıb.  0 0

Dünya

İran Marşal adaları bayrağı altında üzən tankeri həbs etdi

İran Marşal adaları bayraqlı neft tankerini ələ keçirdiyini təsdiqləyib. “Unikal” xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin bəyanatında, ələ keçirilən gəminin ötən gecə Fars körfəzində İran gəmisi ilə toqquşduğu, qəza nəticəsində iranlı ekipajdan ikisinin itdiyi, bəzilərinin isə yaralandığı bildirilib. Verilən məlumata görə, gəmi sonradan Hərbi Dəniz Qüvvələri tərəfindən Ərəbistan dənizində aşkar edilib. Marşal adaları bayraqlı gəminin […]