Cəmiyyət

Əfv Komissiyasında 1700-dən çox müraciətə BAXILIB

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. “Unikal” xəbər verir ki, iclasda 100-dən artıq müraciətə baxılıb. Qeyd edək ki, Komissiyada indiyədək ümumilikdə 1700-dən çox müraciətə baxılıb. Bununla da Əfv Komissiyasının iclasları yekunlaşır. Daha bir iclasın keçirilməsi istisna olunmur. 0 0

Mədəniyyət

Mədəniyyət Nazirliyindən Ramiz Məliklə bağlı açıqlama

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti, “Şöhrət” ordenli Ramiz Məlikin müalicəsi ilə bağlı məsələlər Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir. Bu barədə “Qafqazinfo”ya nazirlikdən bildirilib. Məlumata görə, nazirliyin dəstəyi ilə xəstəxanada müalicə alan aktyora xüsusi həkim briqadası xidmət göstərir və müalicəsi sistemli olaraq davam etdirilir. Tibbi prosedura uyğun olaraq kimya-terapiyadan keçən Ramiz Məlikin zəruri dərman […]

Cəmiyyət

Bakının havasında dəm qazının miqdarı artıb

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. “Qafqazinfo” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin […]

Dünya

“Ölkəmiz Ukraynanın sülh planını dəstəkləyir”

Moldova Prezidenti Maya Sandu Kişinyovda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, bu haqda dövlət başçısının Mətbuat xidməti məlumat yayıb. “Dövlət başçısı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə qonşu ölkədəki vəziyyəti və regionda təhlükəsizlik çağırışlarını müzakirə edib və Moldova Respublikasının Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib. […]

Cəmiyyət

Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, dolu düşəcək- Xəbərdarlıq

Aprelin 28-29-da əsasən gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Şərq küləyi aprelin 30-da bəzi yerlərdə arabir […]

Cəmiyyət

Tərtərdə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Tərtərdə minaya düşən şəxsin vəziyyəti stabildir. TƏBİB Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti hazırda stabildir və stasionar şəraitdə müalicəsi davam etdirilir: “Tərtər sakini Babaşov Xəzər Taryel oğlu 26.04.2023-cü ildə Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib. Xəstə üzərində sağ aşağı […]

Cəmiyyət

Bakıda 16 yaşlı qız özündən iki dəfə böyük şəxsə ərə verilib? – AÇIQLAMA

Sosial şəbəkələrdə veteran olduğu deyilən 29 yaşlı Heydərin 16 yaşlı Aynur adlı qız ilə evləndiyinə dair bir sıra məlumatlar paylaşılıb. Onlayn televiziyalardan birində canlı yayım zamanı efirə qoşulan oğlanın anası məlumatı təsdiqləyib və 16 yaşlı qıza sahib çıxdıqlarını deyərək bütün məsuliyyəti öz üzərinə götürüb.  Oxu.Az-ın əldə etdiyi məlumata görə, ailə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Toy […]

Dünya

Türkiyədə medya qrupunun da daxil olduğu 11 mərtəbəli bina yanğın – FOTO

İstanbulda 11 mərtəbəli binada yanğın baş verib. “Unikal” xəbər verir ki, güclü tüstü səbəbindən ətrafdakı müəssisələr təxliyə edilib. “Akit Medya” qrupunun da daxil olduğu 11 mərtəbəli binanın zirzəmisində yerləşən anbarda tekstil materialları yanıb. Zirzəmidən qalxan tüstü qısa zamanda bütün binanı bürüyüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib. Yanğın yanğınsöndürənlərin gərgin səylərindən sonra nəzarətə götürülüb. Yanğın […]

İdman

“Azərbaycanlı qardaşlarımızı yola salarkən dərin hüzn yaşadıq”

“İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağına göstərilən hörmətsizlik hər birimizi məyus edib”. “Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Ağırlıqqaldırma Federasiyasının Prezidenti Tələt Ünlü jurnalistlərə müsahibəsində söyləyib. “Bu yaxınlarda Türkiyədə baş vermiş zəlzələ nəticəsində bir çox vətəndaşımız həlak oldu. Lakin güclü dövlət olan Türkiyə yaralarını sağaltmağa başlayaraq biz idmançıları Ermənistandakı Avropa çempionatına göndərdi. Orada […]

Hadisə

Azərbaycanlı qadın Türkiyədə faciəvi şəkildə həlak oldu (FOTO)Türkiyədə baş verən qəzada xəsarət alan azərbaycanlı qadın dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, hadisə İğdırın Qaraqoyunlu rayonunun Taşburun kəndində baş verib. aşburunda 16 YD 782 dövlət nömrə nişanlı avtomobillə 76 T 0134 dövlət nömrə nişanlı taksi toqquşub. Qəza zamanı taksidə olan Azərbaycan əsilli Kamilə Muharəmli ölüb, 4 nəfər isə yaralanıb. Yaralılara İğdır Dövlət Xəstəxanasında tibbi yardım göstərilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.  Kamilə Məhərrəmli təxminən […]