Cəmiyyət

Moskvada “Heydər Əliyev və Baykal-Amur magistral xətti” mövzusunda tədbir keçirilib – FOTO

27 aprel tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QCS-nin təşəbbüsü, “Rusiya Dəmir Yolları” ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyevin Baykal-Amur magistral xəttinin tikintisində müstəsna rolu” mövzusunda tədbir keçirilib.  “Unikal” xəbər […]

Cəmiyyət

26 Azərbaycan vətəndaşı Sudandan təxliyyə edildi

Sudandan təxliyə edilən 26 Azərbaycan vətəndaşı Azərbaycana gətirilib. Qaynarinfo xəbər verir ki, onları gətirən təyyarə artıq Bakıya eniş edib. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməsi və 26 nəfər Azərbaycan […]

İdman

Vaqif Cavadov: “Çox az futbolçu mənim kimi karyeraya sahibdir”

Bir neçə gün öncə “Sumqayıt”ın əvəzedicilərinin baş məşqçi vəzifəsinə Vaqif Cavadov gətirildi. Hazırda turnir cədvəlinin sonuncu pilləsində yer alan “Sumqayıt-2”in nəticələrinə bundan sonra millimizin sabiq futbolçusu cavabdehlik daşıyacaq.  Hələ ki, əvəzedicilər səviyyəsində komanda çalışdırmaq üçün ciddi təcrübəsi olmayan veteran yarımmüdafiəçi yeni işi və qarşıdakı planları ilə bağlı Qaynarinfo-ya danışıb: “Buna qədər U-19-da baş məşqçi idim. Mövsümün sonuna […]

Cəmiyyət

Xəzər Universiteti Dünya Məktəbinin şagirdləri “First Robotics Competition”da  – Fotolar

Xəzər Universiteti Dünya Məktəbinin 4 şagirdi Azərbaycan komandasının heyətində “First Robotics Competition” yarışmasında iştirak edib. “Qafqazinfo” xəbər verir ki, bunlar 10-cu sinif şagirdləri Müslüm Əliyev, Yusif Şükürlü, 9-cu sinif şagirdləri İbrahim Allahverdiyev və Nicat Tağızadədir.  Onların üzvü olduqları MechHack #9030 komandası komandanın baş mentoru Təranə xanımın rəhbərliyi ilə yarışmada uğurla iştirak edib və ən yaxşı yeni komanda […]

Siyasət

Rəsmi Bakı Paşinyanın iddialarına cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyanın 27 aprel tarixində hökumət iclasında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə bağlı səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan XArici İşlər Nazirliyindən bildirilib. “Azərbaycanın daxili işi olan öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı […]

Hadisə

Şəkidə itkin düşən qadın TAPILDI

Aprelin 15-də itkin düşən Şəki rayon sakini Tünzalə Məmmədova tapılıb. “Unikal”ın məlumatına görə, rayonun Zunud kəndində yaşadığı ünvanı tərk edərək Bakı şəhərinə gedən qadın könüllü şəkildə polisə gəlib.  Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər. 0 0

İqtisadiyyat

Ezamiyyə ödənişlərinin artırılması gözlənilir – VİDEO

Son vaxtlarda maaş və pensiyaların artırılması ezamiyyə xərcləri ilə bağlı məsələni də gündəmə gətirib. Həm ərzaq sektorunda, həm də bütün xidmət sahələrində olan bahalaşmaya baxmayaraq, ezamiyyə ilə bağlı məsələ dəyişməz olaraq qalır. Xezerxeber.az xəbər verir ki, ezamiyyə xərcləri 2012-ci ildə təyin olunub və bu vaxtadək artmayıb. İqtisadçı ekspert Xalid Kərimli deyib ki, son illərdəki qiymət […]

Dünya

“Ermənistana sülh əli uzatdıq” – Hulusi Akar

“Soyqırımı iddiaları Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətindəki ən böyük maneədir”. “Unikal” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, Azərbaycan 30 illik işğaldan sonra “bəsdir artıq” deyərək torpaqlarını azad etdi: “Bundan sonra biz Ermənistana sülh əli uzatdıq. Arzumuz Ermənistanın ən qısa vaxtda uzatdığımız sülh əlini tutması, belə […]

Kriminal

Tərtərdə kişi ov tüfəngi ilə ÖLDÜRÜLDÜ

Aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.  DİN-in mətbuat xidmətindən  “Unikal”a  bildirilib ki, ilkin məlumata görə kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib.  Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində  tədbirlər görülür.  Əlavə məlumat […]