Cəmiyyət

Xidmət rəisi: “Vətəndaşın təbiətdən yumurtanı götürməyə icazəsi yoxdur” – MÜSAHİBƏ + FOTO

“Vətəndaşlar bir ara İrandan qırqovul yumurtaları gətirirdilər. Qırqovul bəzəkli quş olduğu üçün çox populyardır. Gömrükdən keçəndə onun sənədi, sertifikatı yoxlanılır, hətta gömrük bəyannaməsində də qeyd olunur. Sabah vətəndaş onu artırırsa, özü üçün saxlayırsa, hətta kəsib-yeyirsə, biz ona heç nə deyə bilmərik. Çünki bu, Azərbaycan təbiətindən əldə edilməyib”. Bunu Oxu.Az-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət […]

Hadisə

Bakıda şadlıq evində dava – Bıçaqlanan var

Ötən gecə saat 23 radələrində Binəqədi rayonunda yerləşən “White Palace” şadlıq evində keçirilən məclis zamanı dava-dalaş olub. “Qafqazinfo” xəbər verir ki, 2006-cı il təvəllüdlü S.P. 2005-ci il təvəllüdlü H.X-ya döş qəfəsinə daxilə nüfuz edən və sol qoluna daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində S.P saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilib. […]

Siyasət

“Direktorun əri mənə 30 min rüşvət təklif etdi, razılaşdım”

Rüşvətə görə 10 il 6 ay həbs cəzası alan Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun məhkəmədə verdiyi ifadə məlum olub. “Qafqazinfo”nun məlumatına görə, A.Rəcəbov Gəncə Ağır Cinayətlər Məhkəməsindəki çıxışında rüşvət aldığını etiraf edib. Özünü təqsirli bilən sabiq rəis musiqi məktəblərindən birində apardığı yoxlama nəticələrinin Mədəniyyət Nazirliyinə təqdim edilməməsi müqabilində ona 30 min manat rüşvət təklif […]

Siyasət

Paşinyan Avropa İttifaqından nə istəyib?

“Paşinyanın Şarl Mişellə telefon danışığı Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Nikolun aqoniyaya düşməsinin nəticəsidir və bu reallığı pozmaq üçün dəstək almağa hesablanmış addımdır”. Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ermənistan baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə telefon danışığını şərh edərkən deyib. Ekspert bildirib ki, Azərbaycanın atdığı son addımları fonunda yaranan yeni […]

Kriminal

17 yaşlı oğlanı bacısının fotoları ilə şantaj etdilər

Ağcabədidə polisə 17 yaşlı oğlanın şantajla üzləşməsi barədə müraciət daxil olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polisə müraciət edən 1984-cü il təvəllüdlü Sədaqət Abbasov (bütün ad-soyadlar şərtidir – red.) oğlu, 2006-cı il təvəllüdlü Aslanın 2005-ci il təvəllüdlü Məhəmməd Mirzəyev tərəfindən şantaj edildiyini bildirib. O şikayət ərizəsində qeyd edib ki, 18 yaşlı Məhəmməd onun qızının fotolarını […]

Siyasət

RSK-ya və BQXK-ya məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər – YENİLƏNİB + FOTO/VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlı kontingentinə (RSK) və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. “Report” xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub. Belə ki, RSK-ya məxsus 21 minik və 27 yük avtomobili, həmçinin BQXK-ya məxsus 8 minik və 1 yük […]

Siyasət

Rusların sərhəd-buraxılış məntəqəsi ilə bağlı planları nədir? – Politoloqdan AÇIQLAMA

“Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması son dərəcə əhəmiyyətli bir addımdır”.Bunu “Unikal”a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, hər bir dövlətin suverenliyinin başlıca göstəricisi onun bütün sərhədlərini qoruya bilməsidir: “Biz Laçın yolunda sərhəd-buraxılış məntəqəsini qurmaqla sərhədlərimiz üzərində suverenliyimizin bərpa edilməsi istiqamətində həlledici addım atdıq. Bundan sonra bizim ərazilərimizə daxil olan, sərhədlərimizi keçən […]

Dünya

Türkiyəli nazir: “Hazırkı sabitliyi qorumaq üçün yola Ərdoğanla davam etməliyik”

“Hazırkı sabitliyi və investisiyaların ardını gətirmək üçün yola Prezident Rəcəb Tayyib Ərdoğanla davam etməliyik”.“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yerli istehsal olan elektrik qatarının təhvili mərasimində çıxışı zamanı deyib.Onun sözlərinə görə, Türkiyə artıq qatarları və sürətli qatarları özü istehsal edə bilir:“Türkiyə nəqliyyat sahəsində regionun aparıcı ölkələrindən biridir. Bu gün […]

İdman

Ölümdən dönən sabiq “Qarabağ”lı üçün mövsüm erkən başa çatdı

Rusiyanın “Krasnodar” klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Kadi Borges üçün mövsüm erkən başa çatıb. Bu barədə yarımmüdafiəçi özü məlumat verib. Rusiya Premyer Liqasının XXIV tur oyununda “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşma nəticəsində beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qalan 27 yaşlı hücumameyilli oyunçu gələn mövsümün hazırlığı zamanı kollektivə qoşulacağını deyib. “Reabilitasiya müddəti […]

Dünya

Putinin də iştirak edəcəyi mərasim Ərdoğanın xəstəliyi səbəbindən təxirə salındı

Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə baş tutacaq Akkuyu AES-in açılışı təxirə salınıb.  “Unikal” xəbər verir ki, mərasimin təxirə salınmasına səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xəstələnməsi olub.  “Video bağlantı vasitəsilə əlaqə bir neçə saat təxirə salınıb”, – deyə məlumatda qeyd olunub.  Qeyd edək ki, prezidentlər mərasimdə videobağlantı vasitəsilə iştirak edəcəklər.  0 0