Dünya

“Rusiya vəziyyəti həll etmək üçün lazımi səylər göstərir” – Zaxarova

Rusiya Laçın dəhlizi ətrafında yaranmış vəziyyəti həll etmək üçün lazımi səylər göstərir. “Unikal” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib. XİN nümayəndəsinin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin aprelin 24-də verdiyi bəyanatda öz mövqeyini açıq şəkildə ifadə edib: “Hazırda Rusiya sülhməramlı qüvvələri tərəfindən Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması […]

Cəmiyyət

“Prezidentin siyasəti nəticəsində Azərbaycan hər bir hədəfə zamanında nail olur” – Vüqar Rəhimzadə

“Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə Ermənistanın bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün Azərbaycanın sülh təklifinin reallığa çevrilməsi istiqamətində konkret addım atmaq barədə düşünməməsi mütəmadi olaraq 2020-ci il tarixli 10 noyabr üçtərəfli Bəyanatın tələblərini kobud şəkildə pozması sənəddə əksini tapan müddəaların təkrar-təkrar xatırladılmasını şərtləndirir. Üçtərəfli Bəyanatda qeyd edilib ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni […]

Siyasət

Fransalı nazir: “Azərbaycan və Ermənistanın sülh üçün şansı var” – FOTO

“Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında danışıqlar, təmaslar davam edir”. Oxu.Az-ın məlumatına əsasən, bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycan XİN başçısı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib. “Cənab nazir, biz bu danışıqların və təmasların davamı olaraq, sizi Parisə dəvət edirik”, – deyə Kolonna bildirib. Ketrin Kolonna Azərbaycanda Şəhidlər xiyabanını […]

Cəmiyyət

“Uşaqları boruların içinə yığıb, yandırmışdılar” – Qərbi azərbaycanlılar erməni zülmündən danışırlar

Ermənilər xalqımızı son 200 ildə ağlasığmaz qəddarlıqla müşayiət olunan soyqırımı, etnik təmizləmə və deportasiyaya məruz qoyublar. Soydaşlarımızı ya güllə önünə düzüb, ya da dədə-baba yurdlarından didərgin salıblar. Bu proses 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1988-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib, hazırda o yerlərdə ancaq ermənilər yaşayır. […]

Siyasət

İlham Əliyev fransalı naziri qəbul etdi – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edib. “Unikal” xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmasının zəruriliyini bildirərək Ketrin Kolonnanın ölkəmizə səfəri zamanı bir çox məsələlər ətrafında hərtərəfli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə etdi, bunun gələcək əməkdaşlıq üçün faydalı […]

Dünya

Ən yaşlı məhkum nasist öldü

Zaksenhauzen faşist həbs düşərgəsinin keçmiş mühafizəçisi Yozef Şütz 102 yaşında vəfat edib. “Unikal” xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb. 2022 iyun ayında Berlin məhkəməsi onu Zaksenhauzen konsentrasiya düşərgəsində 3500-dən çox məhbusun qətlində iştirak etdiyinə görə 5 il həbs cəzasına məhkum edib.  0 0

Cəmiyyət

Azərbaycanlı zabit ukraynalıların həyatını xilas etdi – VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Donetsk vilayətinin Kramatorsk, Konstantinovka, Drujovka şəhərləri gecədən səhərə qədər Rusiya ordusunun raket hücumlarına məruz qalıb. Məlumata görə, hazırda əsas döyüşlər Baxmut və Avdeyevka şəhərlərində gedir: “Baxmutun mərkəzini, cənubunu və şərqini tutan Rusiya ordusu həmin […]

Kriminal

Polis Binəqədidə əməliyyat keçirdi – 17 nəfər saxlanıldı (VİDEO)

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilib. “SizinZaman” xəbər verir ki, tədbirlər zamanı narkotiklərin satışı ilə məşğul olan daha 17 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini […]

Cəmiyyət

“Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə kimlər təltif ediləcək?

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə kimlrin təltif ediləcəyi məlum olub. “Unikal”ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə edilən “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının Əsasnaməsində əksini tapıb. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə […]

Cəmiyyət

Novruz Aslanov Heydər Əliyev ili ilə bağlı tədbirdə iştirak edib – FOTOLAR

26 aprel 2023-cü il tarixdə Novruz Aslanov Ağsu və İsmayıllı rayonlarında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” və “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzularında keçirilən toplantılarda iştirak edib. “Unikal” xəbər verir ki, günün birinci yarısı Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan toplantıda Novruz Aslanovla yanaşı millət vəkilləri […]