Hadisə

Qətlə yetirilən Elmira və qızının FOTOSU

Xəbər verdiyimiz kimi,  bu gün günorta saatlarında Xətai rayonunda valideynlərini və azyaşlı qardaşını öldürən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov Suraxanı rayonunda bacısını və onun azyaşlı övladını da qətlə yetirib.  “SizinZaman” xəbər verir ki, qətlə yetirilən 1997-ci il təvəllüdlü Elmira Əhmədovanın həyat yoldaşı Rusiyada yaşayır. Elmiranın 5 yaşlı qızı Ülviyyə də Əhməd tərəfindən amansızcasına qətlə yetirilib.  0 0

Cəmiyyət

Abşeron yarımadasında temperatur normadan 10° yüksəkdir

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək. Bu barədə “SizinZaman”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklərlə […]

Dünya

Venesuela ABŞ-ni təyyarəsini oğurlamaqda ittiham edir

Venesuela hökuməti ABŞ və Argentinanı “Aerocargos del Sur” aviaşirkətinin “Boeing 747-300” təyyarəsini oğurlamaqda ittiham edib. “SizinZaman” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Venesuela XİN yayıb. Nazirliyin məlumatına görə, ölkə təyyarənin geri qaytarılması üçün bütün tədbirləri görəcək. Bildirilir ki, sözügedən ölkələr mülki aeronavtikanı tənzimləyən bütün qaydaları, eləcə də “Aerocargos del Sur” şirkətinin kommersiya, […]

Hadisə

Sumqayıtda partlayış – Xəsarət alan var

Sumqayıtda partlayış baş verib. “SizinZaman” xəbər verir ki, hadisə Corat qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. İlkin məlumata görə, qaz sızması nəticəsində baş verən partlayışda Sumqayıt şəhər sakini, 2006-cı il təvəllüdlü Əlizadə İsmayıl Zabit oğlu yanıq xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır. 0 1

İqtisadiyyat

“Azeri Light” 87 dollara satılır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. “SizinZaman” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,03 ABŞ dolları və ya 0,03% azalaraq 86,58 ABŞ dolları təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ […]

İqtisadiyyat

Bakıda çalışanların orta aylıq maaşı artıb

Bakıda çalışan muzdlu işçilərin orta aylıq maaşı açıqlanıb. Dövlət Statistika Komitəsindən “SizinZaman”a verilən məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artıb. Rəsmi məlumata görə, paytaxtda çalışanların orta aylıq əməkhaqqı 1169,3 manat təşkil edib.      0 0

Cəmiyyət

Vilayət Eyvazov Xankəndiyə rəis təyin etdi

Xankəndi şəhərinə polis rəisi təyin edilib. “SizinZaman” xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Zaur Nəsirov gətirilib. Z.Nəsirov eyni zamanda Xankəndi şəhərinin komendantı təyin edilib. O, Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunmazdan əvvəl, eyni vəzifəni Göygöldə daşıyıb. DİN-in mətbuat xidmətindən saytımıza məlumat […]

Cəmiyyət

Dolmanın içindən narkotik çıxdı

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə “SizinZaman”a Penitensiar xidmətdən bildirilib. Məlumata görə, Vasif Vaqif oğlu Hüseynzadənin tanışı Vüsal Nurəddin oğlu İsayev tərəfindən gətirilmiş sovqatdakı 4 ədəd dolmanın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 4,650 qram qurudulmuş marixuana aşkar olunub. 0 0

Cəmiyyət

Bu xəstəlik qızılca ilə səhv salınır

Daha çox uşaqlar arasında yayılan və adına az rast gəlinən infeksion xəstəliklərdən biri skarlatina xəstəliyidir.  “SizinZaman” xəbər verir ki, infeksion xəstəlik səbəbindən xırda səpkilər üzdən başlayaraq bütün bədənə – boğaza, qollara, qarın nahiyəsinə, ayaqlara yayılır. Ağız və burun ətrafı istisna olmaqla bütün bədəndə qırmızı səpkilər yaranır. Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 39 nömrəli […]

Media

Yeni layihəsi bəlli OLDU

Türkiyəli aktrisa Yeşim Ceren Bozoğlunun yeni layihəsi bəlli olub.“SizinZaman” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa “Yalan” serialında rol alacaq. Qeyd edək ki, serialın çəkilişləri ay sonunda başlayacaq. 0 0