İdman

“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atıb

“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atıb. Bakı klubu finala 11-ci dəfə yüksəlməklə buna nail olub. AZƏRTAC Azərbaycan Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “Ağ-qaralar” yarımfinalda “Turan Tovuz”u mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Neftçi” evdə iki cavabsız qolla qalib gəlib. Tarixində 11-ci dəfə həlledici matça vəsiqə qazanan paytaxt təmsilçisi bu göstəricidə mütləq […]

Cəmiyyət

Yeni müavinətlər kimlərə veriləcək? – AÇIQLAMA

” “Sosial müavinətlər haqqında” qanuna təklif edilən düzəlişlər Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunaraq plenar iclasa təklif olunub. Dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək”. “SizinZaman” xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu müavinət […]

Hadisə

Neftçalada evdən oğurluq edən şəxslər saxlanılıblar

Neftçalada evlərin birindən 10 min manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Daxilin İşlər Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, aprelin 1-dən 15-dək olan müddətdə Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yerləşən evlərin birindən 10 min manat dəyərində məişət əşyalarının və avadanlıqlarının oğurlanması barədə rayon polis şöbəsinə məlumat verilib. […]

Dünya

Türkiyə XİN Ermənistana xəbərdarlıq etdi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İrəvanda “Nemesis” terror əməliyyatına həsr olunmuş abidənin açılışını pisləyir. “SizinZaman” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Bu hadisənin Ermənistan mətbuatında da təqdim olunması onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqlənməmiş şərhi bəzi insanların beynində hələ də qalmaqdadır”, – bəyanatda deyilir. XİN xəbərdarlıq edib ki, Türkiyə […]

Cəmiyyət

BDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücülərə müraciət edib. BDYPİ-dən AZƏRTAC-a daxil olan müraciətdə aprelin 28-dən başlayacaq Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində hərəkətin məhdudlaşdırılacağı nəzərə alınaraq, xüsusilə cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən […]

Cəmiyyət

Bu tarixdən ibtidai siniflər üçün bir həftəlik tətil başlayır

Azərbaycanın orta məktəblərində mayın 1-dən etibarən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. “SizinZaman” xəbər verir ki, tətil mayın 5-dək davam edəcək. Mayın 6-sı şənbə, mayın 7-si isə bazar gününə təsadüf etdiyindən ibtidailər ardıcıl 7 gün evdə olacaqlar. İbtidai siniflər üçün mayın 8-i dərs günüdür. 0 0

Şou

FTX rusiyalı blogeri saxladı

Məşhur rus bloger Yelena Blinovskaya Rusiya sərhədini avtomobillə keçmək istəyərkən FTX saxlanılıb. “Unikal” xəbər verir ki, bu  barədə “Baza” teleqram kanalı məlumat yayıb.  Bildirilir ki,  Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi blogerə qarşı vergidən yayınma və 43 milyon rubldan çox (təxminən 893 min manat) çirkli pulların yuyulması faktı üzrə cinayət işi açıb. Onun 2019-2021-ci […]

Müharibə

Ordumuzun döyüş hazırlığı səviyyəsi artırılır

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə çalışmalar icra edilib. “SizinZaman” xəbər verir ki, ümumqoşun poliqonunda keçirilən döyüş atışlı təlimlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları yerinə yetiriblər. Müxtəlif maneələrin dəf edilməsi ilə döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə […]

Cəmiyyət

Məktəbdaxili qiymətləndirmə ilə bağlı sorğu keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəbdaxili qiymətləndirmə ilə bağlı keçirilən görüşlər davam edir. Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüşlərin keçirilməsində əsas məqsəd məktəbdaxili qiymətləndirmənin keyfiyyətli təşkili üçün peşəkar yanaşmalara diqqət yetirmək, müəllimlərə dəstək üçün təkliflər hazırlamaq, qiymətləndirmə ilə bağlı problemləri və həlli yollarını araşdırmaqdan ibarətdir. Görüşlərdə şagirdlərin biliyinin qaydalara uyğun qiymətləndirilməsinin […]