İqtisadiyyat

“Brent” 78 dollara DÜŞDÜ

“Brent” markalı neftin Londonun “ICE” birjasında qiyməti bir barel üçün 78 dollara düşüb. “Unikal” xəbər verir ki, bu barədə ticarət platformasından məlumat verilib. Məlumata əsasən, bu rəqəm 31 martdan bəri ilk dəfə qeydə alınıb. 0 0

Dünya

ABŞ Koreya yarımadasında strateji silahlar yerləşdirəcək – YENİLƏNİB

Cənubi Koreya prezidenti Yoon Seok-yeol amerikalı həmkarı Co Baydenlə görüşdən sonra ABŞ Koreya yarımadasında “daimi və müntəzəm” şəkildə strateji silahlar yerləşdirəcək.  “SizinZaman” xəbər verir ki, o, bu barədə Ağ Evin bağçasında keçirilən birgə mətbuat konfransında deyib: “ABŞ-ın strateji imkanlarının Koreya yarımadasında yerləşdirilməsi davamlı və rutin xarakter daşıyacaq”. 21:08 ABŞ-ın nüvə sualtı qayıqları 40 ildən sonra ilk […]

Dünya

Ərdoğan Akkuyu AES-in açılışında onlayn iştirak edəcək – YENİLƏNİB

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının açılışında onlayn iştirak edəcək. “SizinZaman” xəbər verir ki, bu barədə Türkiyənin CNN kanalı məlumat yayıb. 18:34 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 27-də Akkuyu AES-də yanacaq tədarükü mərasimində iştirak edəcək. “SizinZaman xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin dövlət telekanalı A Haber məlumat yayıb. Bundan əlavə, telekanal […]

Hadisə

Bakıda “Niva” YANDI

Paytaxtın Yasamal rayonunda Kənar dairəvi yolda “Niva” markalı avtomobil yanıb. DİN-in mətbuat xidmətindən “SizinZaman”a bildirilib ki, ilkin məlumata görə avtomobilin matorxanasında alışma qısaqapanmadan baş verib. Xəsarət alan yoxdur. Araşdırma aparılır. 0 0

Dünya

Süleyman Soylu erməni patriarxla GÖRÜŞDÜ

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə yaşayan ermənilərin patriarxı Sahak Maşalyana baş çəkib. “SizinZaman” yerli KİV-ə istinadən xəbər verir ki, o, zəlzələ bölgəsinə göndərdikləri yardıma görə Maşalyana təşəkkür edib. “Biz buradan bütün dünyaya nümunə göstərməliyik. İstanbulun nə olduğunu, Anadolu sivilizasiyasını, birlikdə yaşamaq, birlikdə güclü olmaq anlayışını göstərməliyik”, – nazir görüş zamanı deyib. 0 0

İdman

“Neftçi” kubokun FİNALINDA

Bu gün Azərbaycan kubokunda yarımfinalın cavab oyunlarına start verilib. “SizinZaman” xəbər verir ki, ilk finalçı “Bakcell Arena”da müəyyənləşib. “Neftçi” öz meydanında “Turan Tovuz”u qəbul edib. Bakılılar səfərdə aldığı 0:1 hesablı məğlubiyyətin əvəzini 2:0-la çıxıb. Qeyd edək ki, digər finalçı sabah müəyyənləşəcək. “ASCO Arena”da “Səbail” “Qəbələ”ni qəbul edəcək. 0 0

Siyasət

Fransa XİN başçısı Bakıya GƏLDİ

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Bakıya gəlib. “SizinZaman” xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb. “Qafqaza səfərimə Azərbaycan, Ermənistan, sonra Gürcüstanda başlamaq üçün Bakıya gəldim. Fransa regionda sülhün qorunmasının nə qədər vacib olduğunu bilir. O, buna qətiyyətlə sadiqdir. Bu, daşıyacağım mesajdır” – deyə nazir bildirib. Qeyd edək ki, Katrin Kolonnanın […]

Cəmiyyət

Sahibkarlarla sayca 70-ci görüş Şəmkirdə baş tutub – FOTO

SOCAR “Azəriqaz” İB-nin sahibkarlarla növbəti görüşü Şəmkir rayonunda keçirilib. “Unikal” xəbər verir ki, tədbiri ilk olaraq giriş sözü ilə açan Şəmkir RQİİ-nin rəisi sahibkarlığın inkişafı istiqamətində dövlətin yürütdüyü siyasətin Birlik tərəfindən də hər zaman dəstəkləndiyini bildirib və bunun baris nümunəsi kimi “Açıq mikrofon” aksiyasını misal çəkib. Sahibkarlar önündə çıxış edən KOBİA-nın nüməyəndəsi bu cür layihələri yüksək […]

Dünya

“Ərazi kompromisləri ilə sülh əldə olunmayacaq” – Zelenski

Volodimir Zelenski Çin prezidenti Si Cinpinlə telefon danışığından sonra Ukraynada sülhün ərazi kompromisləri ilə əldə edilməyəcəyini bildirib. “Unikal” xəbər verir ki, “Ərazi kompromisləri hesabına sülh ola bilməz” deyə Zelenski Telegram kanalında yazıb. O, həmçinin qeyd edib ki, Ukraynanın ərazi bütövlüyü 1991-ci il sərhədləri daxilində bərpa edilməlidir. Bundan əvvəl Çin Mərkəzi Televiziyası Çin prezidenti Si Cinpinin Zelenski […]

Dünya

AKP-dən Ərdoğanın səhhəti ilə bağlı AÇIQLAMA

AK Partiyanın Qrup sədr müavini Bülent Turan qatıldığı canlı yayımda narahatlıq keçirən prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı fövqəladə vəziyyətin olmadığını bildirib. “SizinZaman” xəbər verir ki, o, “gündə 5 proqram, xüsusi yığıncaqlar və müsahibələr keçirir. Dünənki fövqəladə proses əslində proqramları yenidən nəzərdən keçirmək fürsəti verə bilər” deyib. Dövlət başçısının səhhəti ilə bağlı AK Partiya sədrinin […]