Cəmiyyət

Şuşa, Xocavənd və Füzuliyə dolu düşüb – FAKTİKİ HAVA

Şuşa şəhərinə, Xocavənd rayonunun Zoğalbulaq, Azıx, Tuğ kəndlərinə, Füzuli rayonunun Qacar və Divanalılar kəndlərinə diametri 10-12 mm olan dolu düşüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 26-sı saat 17:00-a olan məlumata əsasən, Şuşa şəhərinə qar, Şəmkir, Göygöl, Naftalan, Yardımlı, Gədəbəy rayonlarında şimşək çaxıb, arabir yağış yağıb. 0 […]

Siyasət

Laçın-Xankəndi yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsinə su verildi – FOTO

Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi içməli su ilə təmin edilib. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Məlumata görə, Agentliyin əməkdaşları Həkəri çayının yatağında kaptaj qurğusu yaradıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkib və hidrofor nasosu quraşdırıb. Hazırda sərhəd buraxılış məntəqəsi fasiləsiz içməli su ilə […]

Dünya

Patriarx Kiril də “qara siyahıya” SALINDI

Çexiya Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirilə qarşı sanksiyalar tətbiq edib. “Unikal” xəbər verir ki, bu barədə Çexiya hökumətinin mətbuat xidməti məlumat yayıb. O, Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibəni dəstəkləməkdə ittiham olunur. 0 0

Cəmiyyət

Bakıda məktəbdə tüstülənmə zamanı xəsarət alan olmayıb – YENİLƏNİB

Bu gün 242 nömrəli tam orta məktəbdə tüstülənmə zamanı xəsarət alan olmayıb. Məktəbdən “Report”a bildirilib ki, məktəbin xidməti hissəsindəki elektrik qutusunda kiçik qısaqapanma nəticəsində tüstülənmə baş verib: “Məktəbin əməkdaşları önləyici müdaxilə edib, xəsarət alan yoxdur”. 13:02 Bakıda məktəbdə tüstülənmə olub. “Report”un əldə etdiyi məlumata görə, hadisə bu gün paytaxtın Nizami rayonu ərazisində yerləşən 242 nömrəli […]

İdman

Murad Musayev ruslara Azərbaycan futbolundan danışdı: “Bütün komandalar arasında “Qarabağ” fərqlənir”

“Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev həmyerlilərinə Azərbaycan futbolu barədə danışıb. Mütəxəssis ölkə çempionatının çətin yarış olduğunu deyib: “Azərbaycan çempionatı çox çətin turnirdir. On komanda iştirak edir, çempionat dörd dövrədə keçirilir. Mövsüm avqustda başlayır, mayda bitir. Burada əcnəbi futbolçular üçün məhdudiyyət var. Start heyətdə dörd yerli oyunçu olmalıdır. Çempionatda dörd dəfə eyni komanda ilə oynayanda, […]

Kriminal

İplə boğularaq öldürülən 18 yaşlı gəncin qətlinin TƏFƏRRÜATI

Aprelin 22-nə keçən gecə Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Ramin Zaur oğlu Hacıyevin əmisi oğlu tərəfindən iplə boğularaq qətlə yetirilməsinin təfərrüatı üzə çıxıb. “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisənin qısqanclıq zəminində baş verməsi müəyyən edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, qəsəbə sakini, 1994-cü il təvəllüdlü Tural Hacıyev gecə saat 3 […]

Dünya

Tacikistanda təxribat törətmək istəyən terrorçular məhv edildi

Tacikistanın Əfqanıstanla dövlət sərhədini qanunsuz keçməyə cəhd edən beynəlxalq terror təşkilatının üzvləri məhv edilib. “Unikal” xəbər verir ki, bu barədə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.  Məlumata görə, beynəlxalq terror təşkilatının iki üzvü terror aktı törətmək məqsədi ilə Tacikistan Respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayəti ərazisində Əfqanıstan ərazisindən dövlət sərhədini qanunsuz keçib. “Hər iki terrorçu Tacikistanın […]

Siyasət

Cinpin-Zelenski danışığı: Çin postsovet ölkələrinə “neo-SSRİ” ruhunda xəbərdarlıq edir – TƏHLİL

Çin Rusiya ilə postsovet məkanında iddialı gündəlik formalaşdırmaqda israrlı kimi görünür, əgər bu tandemin MDB coğrafiyası üzrə planları baş tutsa, nələr olacağını təsəvvür etmək çətinləşir. Çin 2023-cü ilin fevralında keçirilən Münhen Təhlükəsizlik Konfransı zamanı beynəlxalq siyasi gündəmə yeni nəfəs gətirmək iddialarını ortaya qoydu. Daha sonra Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında vasitəçiyə çevrilmək üçün 12 bəndlik sülh planını […]

Cəmiyyət

Ukraynada itkin düşənlər arasında azərbaycanlılar da var – VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Donetsk vilayətinin Baxmut şəhəri ilə yanaşı, Avdeyevka, Mariinsk, Drujovkada da vəziyyət gərgin olub. “Kramatorskdan 5 kilometrlik məsafədə yerləşən Drujovkada polis şöbəsi raket hücumu nəticəsində darmadağın olub”, – deyə jurnalist əlavə edib. Həmçinin qeyd edilib […]

Siyasət

Ermənilər vacib seçim qarşısında – VİDEO

Azərbaycanın 10 Noyabr Bəyanatına uyğun olaraq Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması həm Ermənistan siyasi rəhbərliyini, həm də Qarabağdakı erməniləri təşvişə salıb. Onların Azərbaycan cəmiyyətinə reinteqrasiya, yaxud da ərazilərimizi tərk etməkdən başqa yolu qalmayıb. Nəzərə alsaq ki, separatçılar da onların gözlənilən potensial istəklərinə qarşı çıxırlar, deməli, əsas proseslər də bundan sonra başlayacaq. Yəni mülki əhali […]