İdman

Respublika stadionunun rəhbəri dəyişdirildi – YENİLƏNİB

Azərbaycan Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika stadionunda rəhbər dəyişikliyinin olduğunu təsdiqləyib. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev Oxu.Az-a açıqlamasında bildirib ki, Şamil Quliyevi stadionun direktoru vəzifəsində Babək Həmidov əvəzləyib. 15:32 Tofiq Bəhramov adına Respublika stadionunda rəhbər dəyişikliyi olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, arenanın direktoru Şamil Quliyev vəzifəsindən ayrılıb. Onu Babək Həmidov əvəzləyib. […]

Kriminal

Elçilərinə “yox” dedilər, sevdiyi qızın qohumunu öldürdü – FOTO

Aprelin 23-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində 1986-cı il təvəllüdlü Vüsal İlham oğlu İlhamlının qətlə yetirilməsinin detalları məlum olub. “Qafqazinfo” xəbər verir ki, “Finca Azərbaycan” şirkətinin Cəlilabad filialında kredit mütəxəssisi işləyən V.İlhamlı mübahisə zəminində öldürülüb. Belə ki, hadisədən bir neçə gün əvvəl həmin kənddən olan 1993-cü il təvəllüdlü Rüfət Əlizadə valideynlərini Cəlilabad rayonuna – sevdiyi […]

Cəmiyyət

FHN Yasamal rayonundakı 286 nömrəli məktəbdə təlim keçirib

Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhərinin Yasamal rayonundakı 286 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib. Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə […]

Dünya

Ermənistan üçtərəfli görüşü bərpa etmək üçün danışıqlar aparır

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrda təxirə salınmış görüşünün konkret tarixləri və detalları Rusiya tərəfi ilə müzakirə olunur.  “Unikal” xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan görüşü Ermənistan tərəfindən təxirə salınmışdı.  0 0

Şou

Neslihanla evli ola-ola başqa xanımla kəbinli imiş – FOTO

Tanınmış atyor Kadir Doğulunun aktrisa həyat yoldaşı Neslihan Atagülə xəyanət etdiyi və bir xanımla imam nikahında olduğu ortaya çıxıb. “Unikal” Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçu Oktay Derelioğlunun eks-xanımı Sezer Çakır Doğulunun kəbinli həyat yoldaşıdır.  Digər bir iddia isə Neslihanın məsələyə münasibət bildirərək “Məlumatım və razılığım var. Dinimizdə 4 həyat yoldaşına icazə verilir” sözlərini işlətməsi olub. Kadir […]

Cəmiyyət

Nardaran çimərliyindəki hasarlar sökülür – YENİLƏNİB – AÇIQLAMA + FOTO

Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində çimərlik ərazisinin hasarlandığı haqqında məlumat yayılıb. Oxu.Az-a daxil olan yeni görüntülərə əsasən, bu gün səhər saatlarından etibarən sözügedən tikililər sökülür. İcra Hakimiyyətindən verilən yenilənmiş məlumata görə, çimərlik ərazisində heç bir köşk, tikili və ya hasar olmayacaq. 11:54 Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində çimərlik hasarlanır. Bununla bağlı Oxu.Az-a qəsəbə sakinləri […]

İqtisadiyyat

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Aprelin 26-da Bakı Fond Birjasında (BFB) “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin 70 milyon manat həcmində, tədavül müddətli 7200 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı bir investor tərəfindən 1 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 70 milyon manat olub. […]

Cəmiyyət

Azərbaycanda tarixi abidəni qanunsuz təmir etmək istədilər

Gəncədə tarixi-memarlıq abidəsində qanunsuz təmir işləri aparılır. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müdaxilə ilə bağlı tədbirlər görülür: “Gəncə şəhəri Atatürk prospekti 531 ünvanında yerləşən 3800 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsində qanunsuz təmir işlərinin aparıldığı […]

İqtisadiyyat

İşəgötürənlər hansı peşə sahiblərinə daha çox ehtiyac duyurlar? – MÜSAHİBƏ + FOTO

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirir, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayır. Milli Observatoriya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Oxu.Az Milli Observatoriyanın Monitorinq şöbəsinin […]

İdman

Ronaldo sevgilisindən ayrılır

Ronaldo sevgilisi Corcina Rodriqesdən ayrıla bilər. Cütlüyün arasında problemlər olduğu bildirilir. Məlumata görə, ulduz futbolçu sevgilisinin çox pul xərcləməsindən narazıdır. Ayrılıq baş versə, Ronaldu Corcinaya böyük məbləğdə təzminat ödəməli olacaq. Bu məbləğin 350 milyon avro olacağı bildirilir. Bu isə Ronaldunun ümumi sərvətinn 35 faizidir. Mənbə: “NTV Spor” 0 0