Dünya

Argentina Prezidenti Roma Papasından üzr istədi

Argentina Prezidenti Xavyer Miley Roma Papası Fransiskdən əvvəllər onu “Yer üzündə ən zərərli olanların nümayəndəsi” adlandırdığına görə üzr istəyib. “SizinZaman” xəbər verir ki, bu barədə Infobae portalı məlumat yayıb. Miley İtaliyaya səfəri çərçivəsində Vatikanda Papa ilə görüşündə deyib: “Keçmiş açıqlamalarıma görə sizdən üzr istəmək istəyirəm”. Argentina liderinin sözlərinə görə, onun açıqlamaları “hər kəsin etdiyi gənclik səhvi” […]

Cəmiyyət

Zəngilan istiqamətində mövqelərimizə atəş açıldı – Hərbçimiz yaralandı (VİDEO)

Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. “SizinZaman” xəbər verir ki, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. […]

Cəmiyyət

Əsgərimizin yaralanması ilə bağlı cinayət işi açıldı

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olmuşdur. Bu barədə “SizinZaman”a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin […]

Cəmiyyət

Bakıda daha bir küçədə velosiped zolağı çəkilir – FOTOLAR

Bakının daha bir küçəsində velosiped zolağı çəkilir. Bu barədə “Unikal”a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrası davam etdirilir. Bu çərçivədə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin aralığındakı hissəsində artıq müvafiq nişanlama işlərinə başlanılıb. 0 0

Hadisə

Yevlaxda qəza – Xəsarət alanlar var

Yevlaxda yol qəzası baş verib. “SizinZaman”ın məlumatına görə, hadisə Qoyunbinəsi kəndi yaxınlığında baş verib. Belə ki, “Mercedes” markalı minik maşınının iştirakı ilə baş tutan qəzada bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma başlanıb. 0 0

Siyasət

Peter Mixalko XİN-ə çağırıldı

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Xarici İşlər Nazirliyindən“SizinZaman”a verilən məlumata görə, görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, […]

Cəmiyyət

Texniki pasport və torpaq sahələrinə dair sənədlərin verilməsi elektronlaşdırıldı

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb. Belə ki, 1 fevral 2024-cü il tarixindən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri elektron qaydada hazırlanır. “SizinZaman”  xəbər verir ki, əvvəllər kağız daşıyıcıda verilən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri 1 fevral 2024-cü il tarixindən etibarən elektron qaydada təqdim […]

Cəmiyyət

Bir sıra ödəniş rekvizitləri dəyişdirildi

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin strukturunun optimallaşdırılması və yerli qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xəzinədarlıq İdarəsindəki məcburi dövlət sosial və işsizlikdən sığorta üzrə xəzinə hesab kitabları bağlanılıb, 2 saylı Xəzinədarlıq İdarəsində yeni xəzinə hesab kitabları açılıb. Bu barədə “SizinZaman”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, […]

Cəmiyyət

Konstitusiya Məhkəməsi seçkilərin yekunlarına görə TOPLANIR

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası fevralın 13-də saat 11:00-a təyin edilib. “SizinZaman” xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib. 0 0

Dünya

Bəy toydan sonra gəlindən qaçıb gizləndi

Hindistanda polis toy gecəsi günü gəlindən qaçan bəyi başqa şəhərdə saxlayıb.  “SizinZaman” xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə Bihar vilayətində baş verib. Aditya Şahi adlı bəy toy kortejində iştirak edib, lakin gəlini ilə evə qayıtmaq vaxtı çatanda qəfil yoxa çıxıb. Yaxınları onu tapa bilməyib və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polis Şahini mobil telefonunu söndüyünə görə tapa bilməyib.  İki […]