İqtisadiyyat

Şirkətlərin “Bank of Baku”ya inamı itib – 9 milyon manat depozit geri çəkilib

“Bank of Baku” ASC 2023-cü ilin I rübündə 9,5 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,5% azdır. Bank 2022-ci ilin ilk rübündə isə 9,9 milyon manat xalis zərər açıqlamışdı. “Unikal” apa-ya istinadən xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında qeyd olunub. Hesabata görə, bankın faiz gəlirlərinin həcmi […]

Cəmiyyət

Elmira Axundova: “Azərbaycanlılar Ukrayna vətəndaşlarıdırsa, döyüşdə iştirak edə bilərlər”

“Ukraynada vəziyyət çox ağırdır. Artıq mən neçə aydır orada deyiləm, geri çağırıblar. Məsləhət bilinsə, qayıdacağam”. Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib. O bildirib ki, Ukraynada Azərbaycan vətəndaşları çoxdur: “Gənclərin valideynləri ilə dəfələrlə danışmışıq və onlara hələlik ora getməmələrini məsləhət görürəm. Azərbaycanlılar Ukrayna vətəndaşlarıdırsa, döyüşdə iştirak edə bilərlər.  Əks təqdirdə […]

İdman

Bu gün Azərbaycan kuboku yarışlarında ilk finalçı bəlli olacaq

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək və turnirin ilk finalçısı bəlli olacaq. AZƏRTAC xəbər verir ki, “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. “Bakcell Arena”da keçiriləcək matçı baş hakim Fərid Hacıyev idarə edəcək. Matça saat 20:00-da start veriləcək. Birinci matçda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzan “Neftçi” mərhələ […]

Cəmiyyət

Azərbaycanda 11 yaşlı qıza qarşı zorakılıqda təqsirləndirilən qohumu həbs edildi

Lənkəranda 11 yaşlı qız qohumu tərəfindən seksual xarakterli zorakılığa məruz qalıb. Oxu.Az xəbər verir ki, hadisə rayonun Tütəpeştə kəndində qeydə alınıb. Belə ki, həmin kənddə nənəsi ilə birgə yaşayan 11 yaşlı A.V. evdə tək qalan zaman 44 yaşlı qohumu onlara gələrək ona qarşı seksual xarakterli zorakılıq edib. Qeyd edək ki, A.V.-nin anası Sumqayıt şəhərində yaşayır.  Məsələ […]

Cəmiyyət

Sabahdan istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsinə icazə verilməyəcək

Sabahdan zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılır. Bu, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarında əksini tapıb. Qərar dərc edildiyi gündən 30 gün sonra – aprelin 28-də qüvvəyə minir. Dövlət Gömrük Komitəsi […]

Hadisə

Dəmir yolundan oğurluq edən şəxs tutuldu

Xaçmazda dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb. Bu barədə “Unikal”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri zamanı dəmir yolundan oğurluq etməkdə şübhəli bilinən Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Rahim […]

Dünya

İstefa verən baş nazir Harvard Universitetində işə düzəlib

Yeni Zelandiyanın keçmiş baş naziri Casinda Ardern ABŞ-ın Harvard Universitetində işə düzəlib. “Unikal” xəbər verir ki, yanvar ayında sürpriz qərarla istefa verdiyini açıqlayan eks-baş nazir Casinda Ardern yaxın günlərdə işə başlayacaq. İkiqat təqaüd proqramına qəbul olunan Ardern, 2023-cü ildə Angelopoulos Qlobal Liderlər proqramı və İctimai Liderlik Mərkəzi çərçivəsində xidmət göstərəcək. Qeyd edək ki, 2017-ci ildə 37 yaşında “dünyanın […]

Cəmiyyət

Uşaqlarının gözü qarşısında keçmiş arvadını vəhşicəsinə öldürən şəxslə bağlı QƏRAR

Abşeronda keçmiş arvadını öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, ittiham aktına qeyd edilib ki, təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürüb, yəni digər şəxsi qəsdən həyatdan məhrum […]

Cəmiyyət

18 məktəb direktoru, 14 bağça müdiri işdən çıxarıldı

2023-cü ilin əvvəlindən etibarən Elm və Təhsil Nazirliyi, həmçinin yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi və məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılır. Nazirlikdən “Unikal”a verilən məlumata görə, ümumi təhsil müəssisələrində məktəbə rəhbərlik və nəzarətin həyata keçirilməsi, fərdi təhsil, dərnək və dərsdənkənar məşğələlərin təşkili, müəllimlər arasında dərs yükü bölgüsünün qiymətləndirmə nəticələrinə uyğun aparılması, şagird və işçilərin davamiyyəti, tədris-pedaqoji […]