Laçın-Xankəndi yolunda bayrağımız qaldırıldı – VİDEO
Laçın-Xankəndi yolunun başlanğıcında qurulmuş sərhəd-buraxılış məntəqəsində bayraq qaldırılma mərasimi keçirilib. “Unikal” mərasimin videosunu təqdim edir. 0 0
Laçın-Xankəndi yolunun başlanğıcında qurulmuş sərhəd-buraxılış məntəqəsində bayraq qaldırılma mərasimi keçirilib. “Unikal” mərasimin videosunu təqdim edir. 0 0
Aprelin 26-sı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Babaşov xəsarət alıb. “Unikal” xəbər verir ki, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin […]
Bakı, 26 aprel, AZƏRTAC Aprelin 25-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən […]
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub. Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq […]
“2023 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib. “Unikal” xəbər verir ki, müraciətdə deyilir: “DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək “2023 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat […]
Bayramı hamı fərqli qarşılayır; bəziləri evində ailəsi ilə, bəziləri dostları ilə, digərləri də bayram günü gəzintiyə çıxmağı seçirlər. Bayram gününü unudulmaz, əyləncəli və xoş qeyd etmək istəyənlərin çoxu isə restoranlara üz tutur. Restoranlardasa bayramqabağı qiymətlər əl yandırır. Restoranlar müştərilərə əsl bayram “sürprizi” etməyi də çox ustalıqla bacarır. Adi günlərdə təqdim olunan menyulardakı qiymətlər bayram günü […]
Birbank Cashback taksit kartını əldə edən müştərilər üçün yeni qazandıran kampaniya başlayıb. “Unikal” xəbər verir ki, şərtlərə görə bu kartı onlayn kanallar vasitəsilə (Birbank rəqəmsal bankı, birbank.az və kapitalbank.az saytı) əldə edən müştərilər rəsmiləşdirilmədən sonrakı 30 gün ərzində taksit əməliyyatı etdikdə əlavə 10 AZN, digər kanallar vasitəsilə əldə edənlər isə 5 AZN keşbek qazanacaqlar. Qazanılan bonus […]
Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Əhəd Əliyev verilmiş ittihamlarla təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. Baku TV-nin sözügedən qətlin istintaq materiallarından hazırladığı süjeti təqdim edirik: 0 […]
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyilə 21-25 aprel tarixlərində keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri çərçivəsində sonuncu gün canlı yayımda əməliyyat icra olunub. TƏBİB-dən verilən məlumata görə, qurumun tabeliyindəki klinikaların birinin tibb müəssisəsində baş tutan əməliyyat professor Qurbanxan Müslümov […]
Xalq artisti Ağaxan Abdullayevin oğlu Hikmətin toyu olub. Oxu.Az xəbər verir ki, toy mərasimi Əmircanda baş tutub. Hikmət Ağaxanoğlunun toyunda yalnız kişilər iştirak edib. Onun şad günündən görüntülər sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, A.Abdullayev 2016-cı ildə dekabrın 25-də dünyasını dəyişib. 0 0