Cəmiyyət

Flora Kərimova doğum evində Milli Qəhrəmanı necə xilas etdi? – MÜSAHİBƏ

“Səhnədə çıxış edirdim, orada birinci sırada qazilərin və şəhidlərin anaları və xanımları əyləşmişdilər. Gördüm, bir xanım məni çağırır, çox həyəcanlı idi. Xanımla görüşdüm, mənə dedi ki, “oğlumun həyatını siz xilas etmisiniz. O, 1995-ci ildə şəhid olub. Hazırda Azərbaycanın Milli Qəhrəmanıdır”. Bunu xalq artisti Flora Kərimova Teleqraf.com-un suallarını cavablandırarkən deyib. Onunla müsahibəni təqdim edirik: – Flora xanım, […]

Dünya

İsrailin BMT-dəki nümayəndəsi Təhlükəsizlik Şurasının iclasını tərk etdi

İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan Anma Günündə İsraili tənqid edən toplantının keçirilməsinə etiraz olaraq son bir ildə ölən israillilərin adlarını oxuduqdan sonra Təhlükəsizlik Şurasının iclasını tərk edib. “Unikal” xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb. BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Rusiyanın rəhbərliyi ilə Fələstin məsələsi üzrə Təhlükəsizlik Şurasının iclası keçirilib. “Bu gün İsrail Dövləti üçün ilin […]

Hadisə

İşləmək istədi, işə düşdü – VİDEO

Onlayn alış- veriş firmalarından birinə işə düzəlmək istəyən Şəmkir rayon sakini problemlə qarşılaşıb. “Unikal”  Xəzərxəbər-ə istinadən xəbər verir ki,  Şəmkir rayon sakini olan Tahirə Bayramova sosial şəbəkələr vasitəsi ilə qarşısına çıxan saytlardan biri ilə iş birliyinə başlayıb. Saytın qaydalarına əsasən, öncə pul qoyaraq onlayn məhsullar sifariş verilir, daha sonra isə hər satışa görə onlara müəyyən bonuslar […]

Dünya

Daha bir ölkə “Bayraktar” alır

Rumıniya Türkiyədən “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) alacaq. “SizinZaman” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, tərəflər arasında PUA-ların alınması üçün 321 milyon dollar məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, Türkiyə indiyədək 30-a yaxın ölkəyə “Bayraktar” satıb. 0 0

Şou

“Oskar”lı aktyor vəfat ETDİ

Amerikalı məşhur müğənni-aktyor Harri Belafonte vəfat edib. “SizinZaman” xarici mətbuata istinadən xəbər verir ki, sənətçi 96 yaşında Manhettandakı evində ürək çatışmazlığından dünyasını dəyişib. Qeyd edək ki, Harri 1956-cı ildə buraxdığı “Calypso” adlı albomu ilə şöhrət qazanıb. “Karmen Cons”, “Günəşdə ada” və “Sabahın qarşısı” kimi filmlərdə rol alan aktyor “Emmi”, “Qremmi”, “Oskar” və “Toni” mükafatlara layiq görülüb. 0 0

Dünya

Ankara-Sivas yüksək sürətli qatar xətti sabah istifadəyə veriləcək

Sabah “Türkiyənin Meqa Layihələri” arasında yer alan Ankara-Sivas yüksək sürətli qatar xətti istifadəyə veriləcək. “SizinZaman” “Anadolu”ya istinadən xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Ankara-Sivas yüksək sürətli qatar saatda 250 km sürətlə hərəkət edəcək və marşrut boyunca cəmi 8 dayanacaqdan ibarət olacaq. Qatar xətti səyahət vaxtını azaltdığı kimi, Ankara ilə […]

Cəmiyyət

ADU-da “HEYDƏR ƏLİYEV-100” adlı fləşmob – VİDEO

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Azərbaycan Dillər Universitetində silsilə tədbirlər həyata keçirilir. “Unikal” xəbər verir ki, tədbirlər planına uyğun olaraq Təhsil 1 fakültəsinin nəzdindəki İngilis dilinin fonetikası kafedrası “HEYDƏR ƏLİYEV-100” adlı fləşmob təşkil edib. Sözügedən fləşmobda Təhsil 1 fakültəsinin 220 tələbəsi fəal iştirak edib. 0 0

Cəmiyyət

“Azercell Könüllüləri” növbəti xeyriyyə aksiyası təşkil edib – FOTO

Könüllülər şəhid, qazi və aztəminatlı ailələri ziyarət edib, onlara “Ramazan Payı” çatdırıblar “SizinZaman” xəbər verir ki, hər il olduğu kimi, ənənəsinə sadiq qalaraq “Azercell Könüllüləri” müqəddəs Ramazan ayı münasibətilə növbəti xeyriyyə aksiyası keçirib. Könüllülər hər evə bərəkət, xoş ovqat arzusu ilə Ramazan ayı boyu şəhid, qazi və aztəminatlı ailələri ziyarət edib, onlara “Ramazan Payı” çatdırıb. Bir müddət […]

Hadisə

Balakəndə 89 yaşlı kişi intihar ETDİ

Balakəndə 89 yaşlı kişi özünə kəsici alətlə xəsarət yetirərək intihar edib.  “SizinZaman” xəbər verir ki,hadisə axşam saatlarında  rayonun qaysa kəndində baş verib. Kənd sakini, 1934-cü il təvəllüdlü Abdulla Ramazan oğlu Çöpsiyev yaşadığı ünvanda  özünə kəsici alətlə xəsarət yetirərək intihar edib. A. Çöpsiyevin uzun illərdir ki, yataq xəstəsi olduğu bildirilir. Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır. Seymur Əli 0 0