Dünya

Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirildi – FOTOLAR

UNEC ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sankt-Peterburq şəhərində “Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. “SizinZaman” xəbər verir ki, konfransın məqsədi ulu öndər Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında  əməkdaşlığa qazandırdığı nailiyyətləri təhlil etmək, o cümlədən iki […]

İdman

“İdman Könüllüləri və Azarkeşləri” İB ASAPES-də təqdimat keçirib – FOTOLAR

ASAPES-də tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə Akademiyanın bir qrup aktiv tələbəsi üçün “İdman Könüllüləri və Azarkeşləri” İctimai Birliyi tərəfindən təqdimat keçirilib. Bu barədə “Unikal”a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.  Tədbir zamanı İctimai Birliyin sədri Atanur Cəfərli beynəlxalq idman yarışlarının təşkilində azarkeşlərin və könüllülərin böyük rolunun olduğunu və onların dəstəyinin idmançılarımıza ruh yüksəkliyi verdiyini diqqətə çatdırıb. […]

Müharibə

Ermənilərin 44 günlük müharibədə daha bir biabırçılığı – 756 hərbçi fərarilik edib

44 günlük müharibə zamanı 756 nəfər hərbi hissəni və ya xidmət yerini tərk etməkdə ittiham olunub. “Unikal” xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.  Qeyd edək ki, bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan 11 min hərbçinin fərarilik etdiyini açıqlamışdı.  Ağarza Elçinoğlu  0 0

Şou

“Harri Potter”in ulduzu ata olub – FOTO

“Harri Potter” haqqında filmlər silsiləsinin ulduzu, 33 yaşlı aktyor Deniel Redkliff ilk dəfə ata olub. Belə ki, fotoqraflar sənətçini uşaq arabası ilə gəzintidə görüblər. Sevgilisi, amerikalı aktrisa Erin Dark da onun yanında olub. Redkliff ailəsində ilk uşağın doğulması ilə bağlı hansısa təfərrüat yoxdur. Qeyd edək ki, sənətçilər 2012-ci ildə “Kill Your Darlings” filminin çəkiliş meydançasında […]

Cəmiyyət

Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Dövlətə Fədakarlığa” görə medalı ilə təltif edib. “Unikal” “Anadolu”ya istinadən xəbər verir ki, dövlət başçısı aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib. Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasedicini də təltif […]

Hadisə

Balakəndə 89 yaşlı kişi intihar ETDİ

Balakəndə 89 yaşlı kişi özünə kəsici alətlə xəsarət yetirərək intihar edib.  “Unikal” xəbər verir ki,hadisə axşam saatlarında  rayonun qaysa kəndində baş verib. Kənd sakini, 1934-cü il təvəllüdlü Abdulla Ramazan oğlu Çöpsiyev yaşadığı ünvanda  özünə kəsici alətlə xəsarət yetirərək intihar edib. A. Çöpsiyevin uzun illərdir ki, yataq xəstəsi olduğu bildirilir. Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır. 0 0

Siyasət

“İlham Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi” – Radev

“Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi” “Unikal” xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində bildirib. On ildən artıq müddət əvvəl imzalanan müqaviləyə əsasən, […]

Cəmiyyət

Biləsuvarda partlayışda yaralanan uşaqların vəziyyəti açıqlandı – YENİLƏNİB

“Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbi ilə xəsarət alan 2 nəfər (1-i qadın cinsi – 2009-cu il təvəllüdlü, 1-i kişi cinsi – 2013-cü il təvəllüdlü) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunublar”. TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən […]

Media

Audiovizual Şura və MEDİA-ya yeni səlahiyyət verildi – FƏRMAN

Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) yeni səlahiyyət verilib. “Unikal” xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Fərmana əsasən, Media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunması və Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsi (yayımlanması) ilə bağlı inzibati xətalar […]

Siyasət

“İlham Əliyevi yalnız buraxmamalıyıq” – İqbal Ağazadə yazır

Bu gün Laçın – Xankəndi yolunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarət – keçid məntəqəsi yaradılıb. Rəsmi informasiya verilməsə də, KİV-lər bu barədə məlumat yayıb və inanıram ki, bu, belədir. Laçın-Xankəndi yolunun tam nəzarətimizə keçməsi elə Şuşanın, Laçının, Kəlbəcərin, Füzulinin, Ağdamın, Zəngilanın, Qubadlının, Cəbrayılın, Hadrutun və onlarla digər yaşayış məntəqəsinin işğaldan azad olunmasına bərabər və hətta […]