Siyasət

Bu məsələ Milli Məclisin gündəliyindən çıxarıldı

Milli Məclisin bu gün keçiriləcək plenar iclasının gündəliyi dəyişib. “Unikal” xəbər verir ki, gündəlikdəki məsələlərin sayı azaldılıb. Belə ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında layihəsi gündəlikdən çıxarılıb. Bununla da gündəlikdəki məsələlərin sayı 11 olub. 0 0

Dünya

Fransanın xarici işlər naziri Azərbaycana gələcək

Fransanın xarici işlər naziri Ketrin Kolonna aprelin 26-28-də Ermənistan və Azərbaycana səfər edəcək. “Unikal” xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.  Fransalı diplomat regional səfəri zamanı Laçın dəhlizindəki vəziyyəti müzakirə edəcək. Ketrin Kolonna İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla, Bakıda isə ölkə rəhbəri […]

Siyasət

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.

“Hörmətli cənab Prezident, İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş və dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer almışdır. Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə […]

Müharibə

Ermənilər Azərbaycan səfirliyinin önündə mitinq keçiriblər – VİDEO

Qondarma erməni soyqırımının ildönümündə ABŞ-də yaşayan ermənilər Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında mitinq keçiriblər.Bu barədə Azərbaycan səfiri Xəzər İbrahim özünün “Twitter” hesabında bildirib.“Ermənilər səfirliyimizin önündə sülh istədikləri şüarları səsləndirməklə yanaşı, həm də Azərbaycan və Türkiyənin suveren ərazilərinə iddialar səsləndirirlər. “Sülh” sözü ermənicə “müharibə” kimi tərcümə olunur?”, – deyə diplomat sosial şəbəkədə qeyd edib. 0 0

Dünya

Peskov Putinin bunkeri və oxşarlarından danışdı

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin oxşarları və bunkeri ilə bağlı söhbətləri yalan adlandırıb.O, bu barədə Bilik cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.Kremlin sözçüsü bazar ertəsi bildirib ki, Rusiya prezidenti Vladimir Putinin dublyorunun olması ilə bağlı iddialar həqiqətə uyğun deyil.Onun sözlərinə görə, dövlət başçısı hər zaman fəal olub və indi də iş başındadır. O, […]

Dünya

Türk Hava Yolları milyardıncı sərnişininə mükafat verdi

Türk Hava Yollarının milyardıncı sərnişini Mustafa Balcı bazar ertəsi İstanbul-Adıyaman reysi ilə uçub.Sərnişini milli aviadaşıyıcının idarə heyətinin rəhbəri Ahmet Bolat şəxsən müşayiət edərək ona 1 milyon səyahət milinin kuponunu təhvil verib.Bolatın sözlərinə görə, 1933-cü ildə yaradılan aviaşirkət qarşısına iddialı yeni məqsəd qoyur – 2 milyard sərnişin səviyyəsinə çatmaq.“Biz 90 ildə bir milyard sərnişin həddinə çatdıq. […]

Dünya

Qara dənizdə nəhəng neft ləkəsi tapıldı

Qara dənizdə 40 min kvadratmetrlik neft ləkəsi aşkar edilib.Bu barədə Rusiyanın Təbii Sərvətlərə Nəzarət Federal Xidməti (Rosprirodnadzor) məlumat yayıb.Bildirilib ki, xidmətə Qara dənizin neftlə çirklənməsi barədə məlumat daxil olub. Qurumun əməkdaşları göstərilən yerə gedib və Novorossiysk dəniz limanının yanalma körpülərinin yaxınlığındakı ərazini yoxlayıblar.“Suyun səthində 40 min kvadratmetr sahəsi olan xarakterik ləkə aşkar edilib. Mütəxəssislər analiz […]

Dünya

Türkiyənin ilk milli “Yeni Altay” tankları Silahlı Qüvvələrə təhvil verildi (FOTO)

Türkiyənin ilk milli “Yeni Altay” tankları sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib. “Report”un məlumatına görə, mərasim Sakaryada keçirilib. Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əsas döyüş tankı olacaq “Yeni Altay” tankı Türkiyənin müdafiə sənayesindəki nailiyyətlərdən biridir: “Tankın hazırlanması zamanı biz çoxlu çətinliklərlə qarşılaşdıq. Prosesi sabotaj etməyə cəhd edilib. Biz təslim […]

Siyasət

“Sərhəd-buraxılış məntəqəsinin qurulması İlham Əliyevin xarici və hərbi siyasətinin mühüm uğurudur” – RƏY

“Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi hadisədir və çox böyük beynəlxalq uğurdur. Bu hadisə Prezident, cənab İlham Əliyevin çox peşəkar, qətiyyətli və soyuqqanlı xarici və hərbi siyasətinin mühüm uğurudur”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Onun sözlərinə görə, Ermənistan Qarabağda işğalçılıq siyasətini Şuşanı və […]