Müharibə

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 186 420 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 675 tank, 7 131 zirehli maşın, 2 837 artilleriya sistemi, 539 reaktiv yaylım atəşi […]

Cəmiyyət

Dilarə Əliyeva həyat yoldaşının vəfatından sonra ilk dəfə efirə çıxdı – FOTO

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, SOY prodakşının rəhbəri Oqtay Əliyevin vəfatından sonra ilk dəfə efirə çıxıb.  “Sizin Xəbər”in məlumatına görə, bu barədə müğənni Elvin Abdullayev sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, aktrisa bir müddətdir fasilə verilən “Söhbət var” verilişinin çəkilişinə başlayıb. Proqramın növbəti buraxılışı Oqtay Əliyevə həsr olunub. 0 0

Müharibə

MN: Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən “Sizin Xəbər”ə verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. 0 0

İdman

Azərbaycanın qrup hərəkətləri komandası Bakıdakı yarışda növbəti medalı qazanıb – YENİLƏNİB

Bədii gimnastika üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda növbəti medalı qazanıb. “Sizin Zaman”ın məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup komandası 3 lent və 2 topla hərəkətlərdə 3-cü yeri tutub. Kollektiv ötən gün çoxnövçülük proqramında da bürünc medala sahib çıxıb. Qeyd edək ki, Dünya Kubokuna bu […]

Hadisə

MTK bina sakinlərini evsiz qoydu (VİDEO)

Bakı sakinlərinə MTK tərəfindən 2017-ci ildə sökülən evlərinin qarşılığında mənzillə təmin olunacaqları deyilsə də, bu yerinə yetirilməyib. Belə ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində baş verib. Sakinlər iddia edirlər ki, MTK 6 il sonra bildirib ki, onlar bu binada yaşayışla təmin olunmayacaqlar və bu il ərzində sökülən evin qarşılığında vətəndaşlara pul veriləcək. […]

Hadisə

Bakıda “Opel” AŞDI

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Sizin Zaman”ın məlumatına görə, qəza paytaxtın Mir Cəlal küçəsində, 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Qəza nəticəsində sürücü xəsarət alıb. Avtomobil ətrafda olan insanların köməyi ilə aşdığı yerdən qaldırılıb.  Hadisə nəticəsində yolda sıxlıq yaranıb. Faktla bağlı araşdırma […]

Hadisə

İsmayıllının İvanovka kəndində intihar hadisəsi baş verib

İsmayıllı rayonunun İvanovka kəndində intihar hadisəsi baş verib. “Sizin Zaman” xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Kamran Adil oğlu bu gün günortadan sonra yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq həyatına son qoyub. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumatlara əsasən onun özünə qəsd […]

Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də, Qarabağda baş verənlər bunun əksini göstərir. Təkcə dünən Şuşada baş verən hadisəni bunun bariz nümunəsi saymaq olar.  Məlumat üçün deyək ki, aprelin 22-si saat 17:00 radələrində Azərbaycanın Silahlı Qüvvələrinin Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərinə […]

İdman

Azərbaycanda badminton üzrə Avropa çempionatı keçirilə bilər

“Azərbaycanın Avropa çempionatı keçirmək üçün böyük potensialı var”. “Report”un məlumatına görə, bunu Avropa Badminton Konfederasiyasının Bakıda keçirilən konqresində quruma prezident seçilən Sven Serre Milli Gimnastika Arenasında jurnalistlərlə görüşü zamanı deyib. Belçikalı funksioner bildirib ki, buradakı infrastruktur Avropada ən yaxşılardandır: “Ölkəniz gələcəkdə qitənin bir sıra nüfuzlu turnirlərinə ev sahibliyi edə bilər”. O, Azərbaycanın hazırda Avropada kiçik […]

Cəmiyyət

Bakı Olimpiya Stadionunun arxasındakı ərazidə yanğın söndürülüb – YENİLƏNİB

Bakının Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində (Bakı Olimpiya Stadionunun arxasında) qamışlıq ərazidə yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətə söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Daha əvvəl bildirilib ki, FHN-in “112” qaynar xəttinə Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində ( Bakı Olimpiya Stadionunun arxasında) qamışlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil […]