Hadisə

Tovuzda “TIR” aşdı

Tovuzda yol qəzası olub.”Sizin Zaman”ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “TIR” markalı yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü Göygöl rayon sakini Elbrus Məlikov yüngül xəsarət alıb.Qəzadan sonra “TIR”da yüngül yanğın hadisəsi baş verib. Hadisə yerinə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın […]

İdman

Mesut Özil futbola geri qayıdır

Futbol karyerasını Türkiyədə başa vuran Məsut Özil yaşıl meydanlara geri dönür. ”SizinZaman” xarici KİV-ə istinadən xəbər verir ki, Özil Almaniyada keçiriləcək xüsusi turnirlə futbola geri qayıdır. Qeyd edək ki, böyük komandalarda çıxış edən və karyerasında bir çox uğurlara imza atan türk əsilli alman futbolçu Məsut Özil Türkiyədə “Fənərbaxça”dan sonra “Başakşəhər”də çıxış edərək karyerasını başa vurmuşdu. 0 0

Hadisə

Bakıda qəza sıxlığa səbəb oldu

Heydər Əliyev prospekti, əsas yolda yol-nəqliyyat hadisəsi baş verib. “SizinZaman” xəbər verir ki, bu barədə NİİM məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün tədbirlər görülür. 0 0

Cəmiyyət

Veb-kameralar saat 07:30-dan seçki prosesi bitənədək işləyəcək

Sabahkı seçkilərdə əsas tələblərdən biri şəffaflığın tam təmin edilməsidir. “SizinZaman” Secki-2024.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. Komissiya rəhbəri onu da qeyd edib ki, seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb və onların arasında 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Həmin müşahidəçilərin hamısı […]

Cəmiyyət

Azərbaycanda dollar bahalaşa bilər? – AÇIQLAMA

“Son günlər dollara tələbin artması müşahidə olunur. Bu eyni zamanda özünü dolların alış məzənnəsində göstərir”. Bunu “SizinZaman”a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, əksər valyutadəyişmə məntəqələrində dolların alış məzənnəsi 1,7-yə qədər dəyişib: Bu da onu ondan xəbər verir ki, dollar almaq istəyənlərin sayında artımlar var. Eyni zamanda, hərraclarda da dollara tələbin artması müşahidə olunur. […]

Cəmiyyət

10 tələbə “Azercell Təqaüdçüsü” adına layiq görülüb

Lider mobil operator “Tələbə Təqaüdü 2024” proqramının qalibləri ilə görüşüb. “SizinZaman” xəbər verir ki, üç mərhələli seçim prosesində fərqlənən 10 tələbə təhsil müddətinin sonunadək hər ay 300 AZN məbləğində təqaüdlə təmin ediləcək. Eyni zamanda, Azercell qaliblər üçün digər inkişaf imkanları da yaradacaq.   Qeyd edək ki, “Tələbə Təqaüdü” proqramına müraciətlərin qəbulu ötən ilin oktyabr ayında açıq elan […]

Dünya

Bayden Makronu mərhum prezidentlə qarışdırdı

ABŞ prezidenti Co Bayden fransaprezidenti Emmanuel Makronu 28 il əvvəl dünyasını dəyişən keçmiş prezident Fransua Mitteranla səhv salıb.  “SizinZaman” xarici KİV-ə istinadən xəbər verir ki, Las-Veqasdakı seçki kampaniyası nitqində Bayden G7 toplantısında iştirakına toxunub. Hazırkı Fransa prezidenti ilə xatirəsindən danışan Bayden 1996-cı ildə dünyasını dəyişən Mitteranla Makronu qarışdırıb.  “Almaniyadan, bağışlayın Fransadan Mitteran mənə baxıb dedi: “Nə vaxtdır buradasan?””, – […]

Cəmiyyət

Məntəqələrə gəlmək imkanı olmayanlara daşınan qutu çatdırılacaq – MSK sədri AÇIQLADI

Səsvermə yekunlaşandan sonra ilkin olaraq daşınan qutular açılıb sayılır. “SizinZaman” xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib. O bildirib ki, səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılır. Həmin qutuların çatdırılması isə müşayiətlə həyata keçirilməli və […]

Cəmiyyət

6,5 milyona qədər seçici var

Seçici siyahılarına əsasən, 6,5 milyona qədər seçicilərimiz var.”Sizin Zaman” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.MSK sədri bildirib ki, onlar 6537 məntəqədə səs verəcəklər. 0 0