Dünya

İlham Əliyevin tələbi ilə Ermənistanda yeni Konstitusiya qəbul ediləcək

Ermənistanda baş nazir Nikol Paşinyanın təklifi ilə yeni Konstitusiya qəbul ediləcək. “Unikal” erməni KİV-ə istinadən xəbər verir ki, Ermənistanın yeni Konstitusiyası Azərbaycan lideri İlham Əliyevin tələbi ilə baş tutacaq. Diplomatik mənbələrin bildirdiyinə görə, İlham Əliyev sülh müqaviləsi layihəsində həmin tələbi yazılı şəkildə belə qeyd edib: “Ermənistanın daxili qanunvericiliyi uyğunlaşdırılmalıdır ki, sülh müqaviləsi bağlayan tərəflərin bir-birinə […]

Cəmiyyət

Füzuli şəhərinə daha 30 ailə yola salınıb

Yanvarın 24-də Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.Bu mərhələdə Füzuliyə daha 30 ailə (125 nəfər) köçürülüb.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 […]

Cəmiyyət

Azərbaycanda qiymətləri əsassız dəyişdirənlər CƏRİMƏLƏNƏCƏK

Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərin əsassız olaraq dəyişdirilməsinə görə təbii inhisar subyektlərinə maliyyə sanksiyası tətbiq ediləcək. Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” fərmanda əksini tapıb.Fərmana əsasən, Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərin […]

Dünya

Monqolustanda dəhşətli partlayış – Xeyli sayda ölən var

Monqolustanın paytaxtı Ulan-Batorda böyük Dünjinqarav bazarı yaxınlığında 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində yanğın başlayıb. TASS xəbər verir ki, partlayışdan sonra alov sürətlə yaxınlıqdakı avtomobillərə və qonşu yaşayış binalarına keçib.Monqolustan Fövqəladə Hallar Baş İdarəsindən verilən məlumata görə, hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb olunub.Məlumata görə, yanğının yayılması dayandırılıb, […]

Hadisə

Qazidən rüşvət alan məmur azadlığa buraxılıb

Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının sabiq müdiri Fərhad Dəmirov Ali Məhkəmənin qərarı ilə şərti azadlığa çıxıb. Fərhad Dəmirov cəzasının 3 il 2 ayını çəkdikdən sonra azadlığa buraxılıb. Belə ki, Fərhad Dəmirov Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.12.2021-ci il tarixli hökmü ilə rüşvət almaqda ittiham edilərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.Xatırladaq ki, Dövlət Sığorta Kommersiya […]

Hadisə

Qar Ömər aşırımını keçilməz etdi

İntensiv yağan qar Toğanalı-Kəlbəcər avtomobil yolunu və Ömər aşırımını keçilməz edib.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Hazırda yolların qardan təmizlənməsi işləri davam etdirilir. Ətraflı bildirilib ki, xüsusi texnikalar vasitəsi ilə yol açıq saxlanılır, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur.Sürücülərə yollarda diqqətli olmaları, şinləri zəncirlənmmiş nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur. 0 0

Cəmiyyət

İslam ölkələrinin mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi” yaradılacaq

Bu il ərzində İslam ölkələrinin mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi” yaradılacaq. Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.Eyni zamanda şəbəkə daxilində ilk görüşün keçirilməsi nəzərdə tutulub.Bununla bağlı Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırıq verilib. 0 0

Dünya

İlham Əliyev Aleksey Overçuku qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib. Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı nəticələr baxımından 2023-cü ilin uğurlu olduğu bildirildi. Ötən ilin dekabrında Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin təmasları məmnunluqla xatırlandı.Söhbət zamanı iqtisadi əməkdaşlığın geniş gündəliyə malik […]

Cəmiyyət

Jurnalistlər “Nikosayağı”nın məhkəməsinə buraxılmadı

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.Məhkəmə iclası qapalı olduğundan hər hansı bir məlumat əldə etmək mümkün olmayıb.Xatırladaq ki, məhkəmə proseslərinin hazırlıq iclası və son – hökm hissəsi ictimaiyyət üçün açıq keçirilməlidir.Bu da media nümayəndələrinin etirazına […]

Hadisə

“Moyka”dakı “BMW”dən 2720 manat oğurladılar

Bakıda avtomobildən oğurluq edilib. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 22-nə keçən gecə rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birində “BMW” markalı avtomobildən 2720 manat pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Elvin Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. 0 0