Dünya

İran prezidenti sabah Türkiyəyə gedəcək

İran prezidenti İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə rəsmi səfərə gedəcək. Bu barədə İRNA məlumat yayıb. İran prezidentinin Ankaraya səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə baş tutacaq.Türkiyəli həmkarı ilə görüşdən əlavə, İran və Türkiyə prezidentlərinin iştirakı ilə yüksək səviyyəli əməkdaşlıq şurasının 8-ci iclası gözlənilir.Qeyd edək ki, bundan əvvəl İran liderinin mümkün səfəri müxtəlif […]

Cəmiyyət

“Qızılca xəstəliyinin azalması müşahidə olunur” – Nazirlik

Azərbaycanda qızılca əleyhinə vaksinasiya ilə bağlı ciddi tədbirlərin həyata keçirilməsi, o cümlədən, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiyanın davam etdirilməsi, qızılca peyvəndindən kənarda qalan və ya qızılca xəstəliyi […]

Cəmiyyət

Fransanın şirkətləri ölkədən qovulsun – Deputatlardan ÇAĞIRIŞ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa ilə əlaqədar hökumətə çağırış edib. Bu barədə Komitənin bəyanatında deyilir.Komitə Azərbaycan Respublikası Hökumətini aşağıdakı tədbirlərin görülməsinə çağırıb. 1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin. 2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun. 3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın. 4. Total da daxil olmaqla, bütün […]

Cəmiyyət

Kamran Əliyev müşavirə keçirdi – Tapşırıqlar verdi

Yanvar ayının 17-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhər prokurorluğu və Bakı şəhərinin rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilmişdir. Müşavirə iştirakçıları tərəfindən öncə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyünün təmini uğrunda aparılmış mübarizədə şəhid olmuş əsgər və […]

Cəmiyyət

Muxtar Babayevdən yeni TƏYİNATLAR

Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə təyin edilib. R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb.ETSN-in mətbuat katibi İradə İbrahimova Ramik Əşrəfov ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb. Nazirlik sözçüsü […]

Cəmiyyət

Azərbaycanın dərman istehsalı artıb

2023-cü ildə Azərbaycanda 8 milyon 400 min manatlıq dərman istehsal olunub. Dövlət Statistika Xidmətinin məlumatına görə, bu göstərici 2022-ci illə müqayisədə 7.2% çox olub.2024-cü il yanvar ayının 1-ə olan məlumata görə, Azərbaycanın hazır dərman məhsul ehtiyatı isə 270 min manat təşkil edir. 0 0

Cəmiyyət

Bu məcburi köçkün statuslu şəxslərə aylıq müavinət verilməyəcək

Aylıq müavinət müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmış məcburi köçkün statusu olan şəxslərə şamil edilməyəcək. Bununla bağlı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nda dəyişiklik edilib.Bundan əvvəl isə səfərbərlikdən yayınanlara bu müavinət şamil edilməyib. 0 0