Cəmiyyət

Kəmaləddin Heydərov Türkiyənin daxili işlər nazirinə və ölkənin Bakıdakı Səfirliyinə başsağlığı verib

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Bolu vilayətinin Kartalkaya xizək mərkəzində yerləşən hoteldə baş vermiş yanğınla əlaqədar ölkənin daxili işlər naziri Əli Yerlikayaya və Türkiyənin Bakıdakı Səfirliyinə başsağlığı məktubu göndərib.Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazir yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını dilədiyini […]

Cəmiyyət

İmişlidə ən yaşlı seçicinin 113 yaşı var

İmişli rayonunda yaşayan ən yaşlı seçicinin 113 yaşı var.”Report”un Muğan bürosunun məlumatına görə, rayonda qeydiyyatda olan ən yaşlı seçici 1912-ci il təvəllüdlü Cahan Həsən qızı Məmmədovadır.113 yaşlı seçici yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 81 saylı İmişli seçki dairəsinin rayonun Qaraqaşlı kəndində yerləşən 29 saylı seçki məntəqəsində səs verəcək. 0 0

Uncategorized

Bakı metrosu nə vaxt rahat “nəfəs alacaq?” – Yeraltı problemin yerüstü səbəbləri

Son dönəmlər Bakı metrosu dolub-daşır desək, yanılmarıq. Xüsusilə axşam saatlarında böyük sıxlıq müşahidə olunur. Bəzi stansiyaları tərk etmək artıq səbir və bacarıq tələb edir. Bu sıxlıqda bir ənənə də formalaşıb. İnsanlar sıxlığın fotosunu çəkmək üçün telefonlarının kameralarını işə salırlar. Amma maraqlıdır ki, sıxlıqla bağlı fotolar daim çəkilir, lakin bir həll yolu görünmür.Bəs Bakı metrosu sıxlığa […]

Hadisə

Məktəb direktoru işçisi tərəfindən bıçaqlandı (YENİLƏNİB)

Astara şəhərində bıçaqlanma hadisəsi baş verib. SizinZaman.org Qafqazinfo-ya istinadən xəbər verir ki, Astara şəhər 6 nömrəli məktəbin gözətçisi məktəbin direktoru Ülviyyə Bayramovanı bıçaqlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan direktor xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı, bıçağın daxili orqanları ciddi zədələmədiyi bildirilib. Qeyd edilib ki, Ü.Bayramovanı bıçaqlayan gözətçi məktəbin kargüzarı Validə Məmmədovanın həyat yoldaşıdır. Bir müddət əvvəl […]

Cəmiyyət

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlandı

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edir. “Report” xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzindəki Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verilir. Məlumata görə, 5895 məntəqənin (91 faiz) nəticələri MSK-ya daxil olub. Seçkilərin ilkin nəticələrinə əsasən, 125 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanır: 1 saylı Şərur-Sədərək […]

Cəmiyyət

Azərbaycanın konstitusion quruluşuna qarşı cinayətlər təşkil edən şəxsin məhkəməsi başlayır

Azərbaycan vətəndaşı İmamverdi Əhmədov barəsində cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə icraata götürülüb, məhkəmənin hazırlıq iclası sentyabrın 4-nə təyin edilib. “Report”un əldə etdiyi məlumata görə, İmamverdi Əhmədovun Cinayət Məcəlləsinin 28,278.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb. Belə ki, ittihama əsasən, İmamverdi Əhmədov 2023-cü ilin […]

Cəmiyyət

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə!

Bu gün saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək.SizinZaman.org xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.Bildirilib ki, vakansiya seçimi test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər […]

Hadisə

Yataqxanada yanğın: xəsarət alan var

Sumqayıt şəhərində yanğın olub. FHN-dən Axar.az-a verilən məlumata görə, beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi və 3 paq.m elektrik naqili yanıb.Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 0 0

Cəmiyyət

“20 Yanvar”da keçidlərdə olan mağazalar bağlandı (FOTO/VİDEO)

Bakı Metrosunun “20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb. APA-ın məlumatına görə, bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “APA-Economics”ə bildirib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro […]