Cəmiyyət

Qazilərə hazırda 80 manat sosial ödəniş təyin edilir

Qazilərə hazırda 80 manat sosial ödəniş təyin edilir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransı zamanı deyib.Qazilərin işlə təmini məsələsində nazirlikdə müəyyən işlər aparılır. “Düşünürəm ki, gələcəkdə əhaliyə ödənilən sosial ödənişlərin artırılması məsələsinə baxıla bilər”,- deyə o bildirib. 0 0

Cəmiyyət

Fazil Mustafaya sui-qəsd edənlərin vəsatəti təmin olunmadı

Milli Məclisin deuputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi məhkəmənin hazırlıq iclası keçirilib. Report xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.Təqsirləndirilən şəxsin vəkilləri müvəkillərinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və zərərçəkmiş […]

Cəmiyyət

Bakının bu yollarında sıxlıq var – SİYAHI

Bakının bəzi yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hal-hazırda yollardakı vəziyyət:1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti […]

Cəmiyyət

Yəhya Musayev İŞDƏN ÇIXARILDI

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub. O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu. 0 0

Cəmiyyət

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açıldı

Daşkəsən rayonu Əhmədli kənd bələdiyyəsinin sədri Sərvaz Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.   Araşdırma zamanı Sərvaz Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan Əhmədli bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpaq […]

Cəmiyyət

Bu şəxslər peyvənd olunmalıdır – QIZILCA ÇAĞIRIŞI

Son günlər uşaqlar və böyüklər arasında qızılcaya yoluxma geniş yayılıb. Xəstəliklə mübarizə məqsədilə insanların vaksinasiyası vacib xarakter alıb. Artıq 11-40 yaş arası əhali arasında peyvəndlənmə prosesi başlayıb. Bu yaş aralığında insanların qızılcaya qarşı bir dəfə peyvəndlənməsi kifayətdir. Sahə həkimi Pakizə Xəlilova “Xəbərin olsun” verilişinə açıqlamasında bildirib ki, əgər hər hansı bir şəxs uşaq vaxtı peyvənd olunubsa […]

Cəmiyyət

Prokuror Əvəz Zeynallıya 10 il cəza istədi

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. Prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin […]