Dünya

Ərdoğan Azərbaycanla vacib sazişi TƏSDİQLƏDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış qrant sazişini təsdiqləyib. Bununla bağlı “Resmi Gazete” məlumat yayıb.Saziş 25 dekabr 2023-cü il tarixində Ankarada imzalanıb. Sazişə əsasən, Türkiyə “Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Tədris Mərkəzi və Fidanlıq Təsərrüfatı” layihəsi çərçivəsində Azərbaycana 250 milyon lirə (hazırkı məzənnəyə əsasən, 14 125 000 manat – red.) qədər qrant verəcək.Türkiyə adından Xəzinədarlıq və […]

Cəmiyyət

Azərbaycanda seçki məntəqələrinin sayı açıqlandı

Seçki dairələrinin yenidən təşkili və azad edilmiş ərazilərdə yeni seçki məntəqələrinin təşkilindən sonra ölkə üzrə seçki məntəqələrinin sayı açıqlanıb.Bunu bu gün Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının təşkilatçılığı ilə keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada MSK katibi Mikayıl Rəhimli bildirib.O nəzərə çatdırıb ki, 125 seçki dairəsi üzrə […]

Dünya

Latviya Prezidenti Azərbaycanın dövlət başçısına məktub ünvanlayıb

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.Məktubda deyilir:“Zati-aliləri,Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza sülh və firavanlıq arzulayıram.Latviya-Azərbaycan dostluq münasibətləri 100 ildən artıq tarixə malikdir, Azərbaycanda çoxsaylı latviyalı yaşamışdır. Biznes sahəsində tərəfdaşlıq sayəsində ölkələrimiz arasında daha sıx əlaqələr qurulmuş, […]

Hadisə

Bakıda barmağına üzük sıxışan yaşlı qadının köməyinə FHN çatdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 1 nəfərin barmağında üzüyün sıxılıb qalması barədə məlumat daxil olub.Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.Xilasedicilər tərəfindən xüsusi vasitələrlə halqanın təhlükəsiz qaydada çıxarılması təmin edilib. 0 0

Cəmiyyət

Əməkdar elm xadimi vəfat etdi

Əməkdar elm xadimi, “Şöhrət” ordenli həkim Solmaz İsrafilbəyli vəfat edib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. S.İsrafilbəyli 96 yaşında dünyasını dəyişib. Qeyd edək ki, İsrafilbəyli Solmaz Hüseyin qızı 13 mart 1928-ci ildə Bakı şəhərində anadan olub.Tibb elmləri doktoru. Professor, əməkdar elm xadimi, həkimləri təkmilləşdirmə institutu mama ginekologiya kafedrasının müdiri vəzifəsində, 1982-89-cu illərdə Azərbaycanın baş mama ginekoloqu, Respublika mama […]

Cəmiyyət

Fevralda növbədənkənar seçkilər nə üçün keçiriləcək? – Prezident açıqladı

Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayıb.Prezident İlham Əliyev bunun, ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirib.O qeyd edib ki, ikinci səbəb müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir.Dövlətimizin başçısı digər […]

Cəmiyyət

“WhatsApp”dan istifadəçilərini sevindirəcək YENİ FUNKSİYA – FOTO

Məşhur “WhatsApp” messencerində istifadəçilərə mesajların mətnini formatlaşdırmağa imkan verən yeni funksiya əlçatan olacaq.Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.Mütəxəssislər bildirirlər ki, messencerdə yeni formatlaşdırma alətləri olacaq: Mesajın müəyyən hissəsini vurğulamaq üçün kodlar blokundan istifadə ediləcək.Sitat bloku mesajın müəyyən hissəsinə cavab vermək üçün istifadə edilə bilər. Bunun üçün mətnin qarşısına “>” işarəsi əlavə etməlisiniz.Ekspertlər əlavə edib ki, […]

Hadisə

Bakıda fransız casusun ifşasının yeni DETALLARI

Azərbaycanda iki fransız diplomatın “persona non grata” elan edilməsi və bu ölkədən çıxarılması ilə başlayan səs-küylü casus qalmaqalına dair yeni təfərrüat məlum olub.Fransanın “L’Opinion” nəşri xəbər verir ki, əvvəlcə heç kəs Martin Rayanın saxlanılması və 4 ay müddətinə həbsini Azərbaycan xüsusi xidmət orqanlarının Bakıda fransız casus şəbəkəsinin ifşasına dair açıqlaması ilə əlaqələndirməyib. Üstəlik, Fransanın Xarici İşlər […]

Cəmiyyət

Qadınların pensiya yaşı artırılır

“Əmək pensiyaları haqqında” qanuna əsasən, qadınların pensiyaya çıxma yaşı bu il 6 ay artırılacaq. Modern.az-ın məlumatına görə, indiyə qədər qadınlar 63 il 6 ayında pensiyaya çıxa bilirdilər.2024-cü ilin iyulun 1-dən pensiyaya çıxmaq istəyən qadınlardan 64 yaşının olması tələb ediləcək. Qanuna əsasən, qadınlar 2024-cü ilin iyulun 1-dən 2025-ci ilin iyunun 30-na kimi 64 yaşında pensiyaya çıxa biləcək.Yaşı […]