Gəncədə tarixi abidəyə qanunsuz müdaxilə edildi
Gəncə şəhəri, Atatürk prospekti 531 ünvanında yerləşən 3800 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə qanunsuz müdaxilə faktının qarşısı alınıb. Bu barədə “SizinZaman”a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib. Baxış keçirilən zaman abidənin üzərində quraşdırılmış məlumat lövhəsi və binanın dam örtüyünün söküldüyü müəyyən edilib. Müdaxilə faktının qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni […]